Disput.Az

Jump to content


Photo

Ən son xəbərlər və müzakirəsi


  • Please log in to reply
461 replies to this topic

#316 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 29 June 2011 - 13:38

Bu mahnı çart və reytinqləri silkələyir - VİDEO-TƏRCÜMƏ


29 IYUN 2011 [13:00] - MİLLİ.AZ
Milli.Az xəbər portalı sizə ən populyar mahnıları, onların orijinal ifadakı mətnini və həmin mətnin dilimizə tərcüməsini təqdim edir.
Deepside Deejays - "Never Be Alone" - original

I’ll never be alone, be alone, be alone,
Cause you are in my soul, in my soul, in my soul
I’ll never make you cry, make you cry, make you cry
You give me sunrise with your smile

I’ll never be alone…

Turn the lights
A lil’ down low
We can be together
Turn the lights a litle bit
So we can go slow
And we can be forever.
Give me a whole life
We gotta be together ever moonlight
I hold you so tight
Till morning and the sun
Will be our moonlight

[x2]
I’ll never be alone, be alone, be alone,
Cause you are in my soul, in my soul, in my soul
I’ll never make you cry, make you cry, make you cry
You give me sunrise with your smile x2

I’ll never be alone…
I’ll never be alone…

I’ll never be alone, be alone, be alone,
Cause you are in my soul, in my soul, in my soul
I’ll never make you cry, make you cry, make you cry
You give me sunrise with your smile

I’ll never be alone…

[x4]
Give me all your love, love, love, love, love
And I’ll give you mine
Alright

Deepside Deejays - "Never Be Alone" ("Heç vaxt tənha olmayacağam") - sətri tərcümə

Heç zaman tənha olmayacağam,
Heç zaman tənha, tənha, tənha olmayacağam.
Axı sən qəlbimdəsən, qəlbimdəsən, qəlbimdəsən,
Sənə heç zaman ağlamağa, ağlağama, ağlağama imkan verməyəcəyəm,
Gülüşün sanki sübh Günəşidir.

Heç zaman tənha olmayacağam.

İşığı söndür,
Azacıq,
Bir yerdə ola bilərik,
İşığı söndür azacıq,
Tələsməyə bilərik,
Və həyatı boyu bir yerdə ola bilərik,
Mənə bütün həyatını ver,
Səni elə bərk qucaqlayıram ki...
Sübh və Günəş
Bizim Ay işığımız olanadək...

Heç zaman tənha olmayacağam,
Heç zaman tənha, tənha, tənha olmayacağam.
Axı sən qəlbimdəsən, qəlbimdəsən, qəlbimdəsən,
Sənə heç zaman ağlamağa, ağlağama, ağlağama imkan verməyəcəyəm,
Gülüşün sanki sübh Günəşidir.

Heç zaman tənha olmayacağam...
Heç zaman tənha olmayacağam....

Heç zaman tənha olmayacağam,
Heç zaman tənha, tənha, tənha olmayacağam.
Axı sən qəlbimdəsən, qəlbimdəsən, qəlbimdəsən,
Sənə heç zaman ağlamağa, ağlağama, ağlağama imkan verməyəcəyəm,
Gülüşün sanki sübh Günəşidir.

Heç zaman tənha olmayacağam...

Mənə ver eşqini, eşqini , eşqini
Sənə isə öz məhəbbətimi verərəm,
Yaxşı?!

Heç zaman tənha olmayacağam...

Milli.Az


URL: http://www.milli.az/...ideo/55484.html
  • 0



#317 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 29 June 2011 - 13:39

Google «Xocalı»nı «Armenia» kimi tərcümə edir - FOTO


29 IYUN 2011 [13:14] - MİLLİ.AZ
Google Azərbaycanla bağlı növbəti yanlışlığa yol verib.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, indiyədək Google Earth, Google Maps və Google Analytics xidmətlərində Azərbaycanla baş vermiş yanlışlıqlara bu dəfə Google Translate xidməti də qoşulub.
Dünyanın ən populyar axtarış sistemində tərcümə bölməsinə «Xocalı» yazarkən o, «Armenia» kimi tərcümə olunur. Bu, bütün dillərdə belədir.

Yanlışlığın nə ilə əlaqədar olduğunu söyləmək çətindir. Amma fakt ortadadır.

Milli.Az

URL: http://www.milli.az/...tics/55530.html
  • 0

#318 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 29 June 2011 - 13:40

Günəş tutulacaq


29 IYUN 2011 [13:50] - MİLLİ.AZ
İyulun 1-də yerli vaxtla saat 13:38-də Günəş tutulması baş verəcək. Bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, Günəşdə qismən tutulma baş verəcək.

“Bu, ən maraqsız Günəş tutulmalarından biri olacaq. Çünki proses Antarktidanın yanında, yəni Afrikanın cənub hissəsində olacaq. Bu Günəş tutulması həm elmi baxımdan maraqsızdır, həm də müşahidə etmək üçün əlverişsiz yerə düşür. Heç kəs onu müşahidə edə bilməyəcək”, - Quliyev deyib.

Astronom qeyd edib ki, cari ildə 4 Günəş tutulması baş verəcəyi gözlənilir. Bu, ilin 3-cü Günəş tutulmasıdır. Növbəti Günəş tutulması noyabrın 25-də olacaq.

Milli.Az
URL: http://www.milli.az/...rest/55537.html
  • 0

#319 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 29 June 2011 - 13:40

Zülfiyyə Xanbabayevanın yeni dueti kiminlə olacaq?


29 IYUN 2011 [13:59] - MİLLİ.AZ
Xalq artisiti Zülfiyyə Xanbabayeva ATV kanalının “Onlar” verilişinə müsahibəsində yeni duet olacağını bildirib.

Lirik janrda olan bu mahnını Zülfiyyə xanım Samir Bağırovla ifa edecəyini qeyd edib.

Müğənni, Brilliant Dadaşova və Aygün Kazımova ilə birlikdə olan proyektindən də danışıb. Layihənin hazır olmasına hələ çox qalmasını bildirən xalq artisti fotosessiyaların keçirildiyini və proyektin sentyabr ayına hazır olacağını da bildirib.

Emiliya
Milli.Az

URL: http://www.milli.az/...wbiz/55462.html
  • 0

#320 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 29 June 2011 - 13:40

Müğənni Ədalət niyə utanır?


29 IYUN 2011 [14:20] - MİLLİ.AZ
Populyar müğənni Ədalət Şükürov öz peşəsindən utandığını söyləyib.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Ədalət Şükürov ATV-nin «10-lar» verilişinə açıqlamasında bəzi müğənnilərin üzündən ifaçılara münasibətin dəyişildiyini söyləyib: «Bir neçə il əvvəl hər şey fərqli idi. Hesab edirəm ki, bizim yaxşı xarici görünüşümüz, bahalı evimiz, maşınımız və sair olmalıdır. Müğənni gözəl geyinməlidir. Çünki ona tamaşaçı baxır və nümunə götürür».

Bəzi müğənnilərin yaxşı aktyor olduğunu deyən Ədalət fikrini belə davam etdirib: «Onlar həyatda tam fərqlidirlər. Bu insanları tanımaq mümkün deyil. Bəzilərindən fərqli olaraq, mən heç zaman heç kimi aldatmamışam… Bütün bunlara baxmayaraq, müğənni olduğum üçün peşman deyiləm».

Milli.Az

URL: http://www.milli.az/...wbiz/55494.html
  • 0

#321 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 30 June 2011 - 09:05

Pulu harada, nəyə və necə xərclədimiyizi bilirikmi?


30 IYUN 2011 [09:15] - MİLLİ.AZ
Ağılla xərcləmək, elə qazanmağa bərabərdir
Bu gün bəzi adamlar muvəqqəti maddi çətinliyin nə oldugunu gözəl bilir. Lakin bu çətinliyin niyə yarandıgını və “cibindəki yırtıqların” necə qapanmasını analiz etmək və nəticə çıxarmaq hər adamın aglına gəlmir.

Əslində, elə hər şey buradan başlayır. Harada, nəyə və necə xərclədiyimizi bilirikmi?

Pul qazanmaq kimi, pul xərcləməyi bilmək də bir qabiliyyətdir. Ən məntiqli xərcləmə odur ki, o maliyyə azadlığını məhdudlaşdırmasın. Əgər əlinizə gözlənilməz şəkildə haradansa pul keçibsə və yaxud, gördüyünüz işin muqabilində yaxşıca əməkhaqqı almısınızsa, onu nəyə sərf edərdiniz? Təbii ki, hər kəsin ağlına ilkin ehtiyacları gələcək və onu həll etməyə calışacaq...

Ola bilsin ki, zəruri hesab etdiyiniz problem həyatınızda o qədər də əhəmiyyətli deyil. Bax, bunu bilmək lazımdır, şəxsi maliyyə durumunuzun idarə edilməsi elə buradan başlayır. Eləcə də, gələcək maliyyə kapitalınızın toplanması ilkin olaraq formalaşır.

Maliyyəçi-ekspert Şəhla Vəliyeva hesab edir ki, pulun xərclənməsi hər kəsin maliyyə problemlərinin həcmindən və gələcək planlarından asılıdır: “Bunu xarakterizə etmək o qədər də çətin deyil. Əslində, bu problemlər əhalinin bəzi hissəsi üçün ümümi xarakter daşıyır”.

Ekspertin məsləhətinə görə, əgər əlinizə xeyli miqdarda pul keçibsə, onu ilk növbədə borcların qaytarılması, kredit faizlərinin ödənilməsi və ya başqa halda öz təhsilinizə və biznesə sərf edin.

İlk öncə, öz inkişafınıza yatırım edin. Təlim və təhsilinizin artırılmasına, maraqlı seminara və yaxud, ingilis dilinin öyrənilməsi kimi əsas işlərə pul sərf edin. İngilis dilini bilmək karyera mühərriki hesab olunur. Statistik məlumatlara görə, işəgötürənlər namizədlərdən biznes-ingilis dilinin ideal səviyyədə olmasını tələb edirlər ki, bu da işə qəbul haqqında elanların 30 faizini təşkil edir. Vaxta və vəsaitə qənaət etmək məqsədilə distant təhsil almaq məsləhət görülür. Artıq bu, Qərb ölkələrində çoxdan tətbiq olunmağa başlayıb.

İdmanla məşğul olun. Əgər fitnes-kluba getmək imkanınız yoxdursa, o halda daha sərfəli idman zalına gedin və yaxud, məşqlərin yazılı təlim proqramlarını alaraq evdə məşğul olun.

Ağılla xərcləmək pul qazanmağa bərabərdir

Səmərəli xərclər təkcə büdcə çatışmazlığını yox, həm də qalan əlavə ehtiyacları da ləngitməyə imkan verir. Bəs vəsaitlərin əsas xərclənmə prinsipləri necədir?

Ekspertimiz deyir ki, bugünku günlə yaşayaraq uzaq gələcək üçün heç nə almaq gərək deyil. Yalnız indiki dönəmdə nəyə ehtiyacınız varsa, onu təmin edin. Ayrılmış pullar toxunulmaz qalmalıdır. İstər evdə gizli bir yerdə, istərsə də bankda - seçim sizindir.

Mütəxəssislərin fikirlərinə görə, hər ay arxaya qoyulan pul, məvacibin 10 faizindən aşağı olmamalıdır.

Gözlənilməz halların baş verməsinın qarşısını almaq məqsədilə kredit kartının əldə edilməsi ödəniş vaxtında borcların bağlanmasına xidmət göstərir.

Artıq maliyyə vəziyyətiniz stabilləşibsə:

- xüsusən iri alış-veriş aparın. Hədiyyələri qabaqcadan da almaq mümkündür.
Gözlənilən ərzaq çatışmazlığı və həmçinin, infliyasiya barəsində həyəcanlı proqnozlara məhəl qoymayın. Kütləvi psixozlar fırıldaqçılara əlverişlidir.

- çalışın, geyimləri mövsumundə yox, mövsumdən sonrakı endirim kampaniyalarında alın.

- həmişə lazımsız əşyaların satılması, internetə məqalə yazmaqla pul qazanmaq, şəkilləri fotobanklara yerləşdirmək və müxtəlif sorğularda iştirak etmək kimi əlavə gəlir mənbələri axtarın.

- paltar və ayaqqabıların keyfiyyətli olmasına fikir verin. Qərbi Avropada istehsal olunmuş malları almaq fürsətindən yararlanın. Çünki bu, daha ucuz və keyfiyyətli olacaq. Belə halda hətta “Tax Free“ qeydiyyatını aparmaq olar. Bir sözlə, heç vaxt dəbdən duşməyən klassik geyim tərzinə üstünlük verərək üstəlik, bəzi qarderob əşyalarına qənaət etmək olar.

Ağlabatan qənaət

Qənaət, mütləq məqsədəuyğun olmalıdır. Çünki uzaq yola ucuz mal dalınca qədəm qoyarkən bəlkə də daha çox xərcləyəcəksiniz.

Qida və müalicəyə qənaət etməyə cəhd göstərməyin - sağlamlıq daha önəmlidir. Xarici ölkələrdə internet vasitəsilə alış-veriş etmək daha sərfəli başa gəlir. Bunun üçün xüsusi axtarış servisləri mövcuddur ki, onlardan yararlanmaq mümkündür.

Topdansatış və ucuzlaşdırılmış mallar satılan məkanlarda aldanmanıza imkan verməyin.

İstehsal müddəti bitmiş, uzun müddətə istifadəyə yararsız mal almaqla fırıldaqçıların qurbanına çevrilməyin. Bahalı bir şey almaqdan qabaq qonşu mağazaya nəzər yetirin ki, birdən həmin mala endirim tətbiq olunar. Endirim kampaniyasına düşdükdə, bunları yadda saxlayın: iki lazımsız əşya yarı qiymətə satılırsa, demək ki, gərəkli əşyadan xeyli bahadı.

İstifadə edilmiş paltarları almağa utanmayın. Razılaşın ki, baha qiymətə az geyilmiş keyfiyətli geyim almaq ucuz və keyfiyyətsiz parçadan hazırlanmış paltardan daha yaxşıdır.

Bahalı əşya almazdan öncə yaxşıca götür-qoy edin.

Alış-verişə lüzum olmadığı təqdirdə tələskənlik etməyin. Səbrinizi bassanız, xərcləyəcəyiniz pul cibinizdə qalacaq. Bu, şopoqolizm xəstəliyindən qurtulmağa imkan verir.

Beləliklə, pulun sayını iki yolla çoxaltmaq mümkündür:

1) daha çox qazanmaq;
2) az xərcləmək.

Togrul Vəlixanlı
Milli.Az

URL: http://www.milli.az/...iety/53404.html
  • 0

#322 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 30 June 2011 - 09:06

Azərbaycanın tanınmış stilistindən qalmaqallı açıqlamalar: “Röya eybəcər, qara qızdır” - MÜSAHİBƏ - FOTO


30 IYUN 2011 [09:30] - MİLLİ.AZ
"Nuranın görünüşü kuklaya bənzəyir"
Azərbaycanlı top-stilist Samir Əliyevin Milli.Az xəbər portalına müsahibəsi.

- Samir, deyəsən Nura Suri ilə münasibətlərin korlanıb?

- Nura? Mən ümumiyyətlə, onu qəbul etmirəm. O, “parixmaxerləri” yığıb, haqqımda xoşəgəlməz sözlər deyib. Ötən ilin yekununda mən müğənnilər haqda müsahibə verəndə onu 4-cü pillədə gördüm. Bu isə onu qəzəbləndirib. Orada yığışanlar özlərinə stilist deyən, əslində isə sadəcə, bərbərdir. Onların adlarını çəksəm, reklam olar. Onu bilsinlər ki, mən bərbər deyiləm. Mən özümə hörmət qoyan stilistəm.

Əgər mən Nuranı 4-cü yerə layiq görmüşəmsə, o, sadəcə mənə təşəkkürünü bildirməlidir. Ancaq Nura mənim kim olduğumu soruşur. Mən artıq sübüt eləmişəm kimliyimi. Mən heç kim olsaydım, ekspert kimi verilişlərdə iştirak etməzdim. Axı mən müğənni haqqında danışanda, onun sənəti və hərəkətlərini deyil, görünüşünü deyirəm. Mən Nuranın stilini bəyənmirəm.

Əgər söhbət stildən gedirsə, onda insanda dəb olmalıdır. İnsanlar üzərlərində dəyişiklik etməlidirlər. Məsələn, müğənni Rəqsanə və Xumar Qədimova kimi. Rəqsanə və Xumar hər dəfə yeni görünüşdə insanların qarşısına çıxırlar. Bu il Rəqsanə Elza Seyidcahanı geridə qoydu. Mən bunu bir professional gözü ilə deyirəm. Nuranın görünüşü kuklaya bənzəyir. Hər dəfə eyni görünür. İndi mən deyirəm, sən Nura, mənə kimliyini sübüt et.

- Nura Samir Əliyev üçün kimdir?

- Başı girməyən yerə bədənini soxan bir kəsdir. O mənim üçün dəbdən başı cıxmayan, ancaq bu mövzuda ağıllı-ağıllı danışan bir insandır. Adam bir işlə məşğul olmalıdır. Sən ya şair, ya akademik, ya da müğənni olmalısan. “Mən hər şeyi bacarıram” deyən insan sağlam deyil. Axı mən Nuranı ən professional müğənnilər sırasına saldım. Mən bunu etməyə də bilərdim. Əgər kimsə məni Nura kimi bəyənmirsə, gedib öz eyibindən danışsın. Elə Nura da öz eyibinə baxsın, sonra məndən danışsın. Nura mənə hələ çox sağ ol desin. Çünki ondan da gözəl geyinən və özünü yaxşı aparan müğənnilər var.

- Niyə şou-biznes nümayəndələri səni əsəbləşdirməyə çalışır?

- Çünki mənim öz dünyam var. Mən heç kəsə bənzəmirəm. Mən olduğum kimiyəm və tamaşaçının gözündən pərdə asmıram. Küçəyə çıxa bilmirəm. İnsanlar mənə xoş sözlər deyir. Gün ərzində telefonlarım dayanmır. Bunu nə Nura, nə də orada ona dəstək olanlar qazanıb. Mən çox əziyyət çəkmişəm. Heç vaxt özümü hər yerə soxmuram.

- Röya ilə münasibətin necədir?

- Röya əkizlər bürcüdür. O, mənə zəng edib bir yerdə işləməyi təklif etdi. Nura mənə Röyaya görə belə etdi. Nura dedi ki, mən ancaq işlədiyim adamları tərifləyirəm. Qurban olum, axı mən necə Röyanı tərifləməyim? Bu insan bir anda dəyişilir və istədiyi formaya düşür. Röya gözəl deyil, eybəcər, qara qızdır. Ancaq üzərində işləyir. O, bir dəqiqə ərzində istədiyi dünya ulduzuna bənzəyir.

Mən Röyaya dedim ki, işim çoxdur. Amma icazə ver, sənin üzərində özüm bildiyim kimi işləyim. Ancaq Röya deyir ki, bütün işlərimi atıb, onun yanında olmalıyam. Məndə bu alınmadı. O isə məni qara siyahısına salıb, söydü. Özü də əməlli-başlı söydü. Amma mən onu çox istəyirəm. Eybi yox, ona hər şey halaldı.

- Bir zamanlar tənqid etdiyin Zülfiyyə Xanbabayeva ilə münasibətlərin düzəlib?

- O qadın haqqında danışmamağı özümə söz vermişəm.

- Niyə? Qadağa qoyub?

- Yox, mənə heç kim qadağa qoya bilməz.

- Sən ilk dəfə onun barəsində danışanda, o, çox qəzəblənmişdi. Hətta o zaman işlədiyin Samir Bağırova belə, zəng edərək, sənin haqqında xoşagəlməz ifadələr səsləndirmişdi.

- Mən ötən ilin yekunları ilə bağlı müsahibə verəndə Zülfiyyə xanım haqda danışmışdım. O zaman prodüseri Nigar məni yığıb dedi ki, “Biz səni çox yaxına buraxmışdıq. Niyə Zülfiyyə xanım barədə belə sözlər dedin?” Amma buradan demək istəyirəm ki, əgər Zülfiyyə xanım mənim sözlərimi təhqir kimi qəbul edirsə, mən ondan üzr istəyirəm. Mən sadəcə onu qara geyimdə görməkdən yorulduğumu dilə gətirmişdim. Necə Ledi Qaqa geyimləri ilə insanları təəccübləndirir, Zülfiyyə xanım da zamanında elə idi. Ancaq biz indi onu belə görmürük.

Bu gün bütün informasiyalar mənə olduğu kimi gəlib çatır. Kim əleyhimə işlər görür, kim dalımca nə danışır, hamısını bilirəm. Axı mən onun yaradıcılığı və oxumağı haqda heç nə demədim. Mən sadəcə, onun geyimi haqda danışmışam. Demişəm ki, bəyənmirəm. Sözümün də arxasında dayanmışam. Demişəm ki, onun geyindikləri dünənkidir. Bu sözü yenə deyirəm və deyəcəm də. Əgər o əvvəllki Zülfiyyə Xanbabayeva olsa, mən daha onun haqda danışmayacağam. Məni onun geyimləri çox qıcıqlandırır. Standart olub.

- Bəs kişi müğənnilər necədir?

- Nə danışırsız? Bizdə zövqlü kişi müğənni yoxdur.

- Bəs Rəhim Rəhimli?

- Onun harası zövqlüdür? Onun geyimlərini görmüsünüz? Axırıncı dəfə Rəhimin qarnını görəndə, şoka düşdüm. Bu insan niyə bu boyda qarın buraxır? Onu çox istəyirəm. Amma belə olmaz.

- Qorxmursan ki, bu müğənnilər yığışıb səni döyə bilərlər?

- Niyə qorxmalıyam ki? Bu, mənim işimdir. Mən necə görürəmsə, elə də deyirəm. İnsanları qıcıqlandırıram ki, onlar özlərinə fikir versinlər. Bu, mənim siyasətimdir.

- Deyəsən Zamiq əlindən yaman bezardı?

- Niyə, axı o, məni çox istəyir. Sadəcə, onun yanındakılar özlərini reklam etmək istədilər. Bu isə alınmadı. Zamiq zövqlüdür, ancaq onda da standartlıq var. Siz fikir versəniz, mən zövqsüz insanlardan danışmıram. Mən yalnız zövqlü insanların zövqsüzlüyünü deyirəm. Mən heç vaxt deyə bilmərəm ki, Zülfiyyə Xanbabayeva zövqsüzdür. O, yeri gələndə zövqü ilə adamı yeyər. Amma bəzi mənfiləri var.

- Samir, o gün 35 yaşın oldu artıq.

- Bəli, mən o gün çox kədərli idim. Orada yaxın dostlar məni dəstəkləməyə gəldi. Onda hiss etdim ki, həyatda tək deyiləm (gözləri doldu). Bu 35 il ərzində ilk dəfə idi ki, ad günü qeyd etdim.

- Və həmin gün valideynlərini bağışladın...

- Bu 35 ildə çox uğurlar əldə etmişəm. Fikirləşdim ki, mənə indi nə ana, nə də ata lazım deyil. Onları bağışlamaq olar.

- Samir, sənin haqqında xoşagəlməz ifadələr səsləndirirlər. Yəgin sən bilirsən, söhbət nədən gedir...

- Mənim iki həyatım var - ulduzluq və adi insan həyatı. Belə olduğum üçün peşman deyiləm. Bu halımla çox mübarizə apardım ki, Ya Rəbbim, axı niyə məni belə yaratdın. Ancaq məğlub oldum. İndi isə mən sevinirəm ki, Allah məni belə yaradıb. Çünki mən hər kəsdən seçilirəm. Mən belə olmasaydım, qadınları hiss edə bilməzdim. Mən kimliyimi heç vaxt gizlətməmişəm.

- “Məni niyə qadın yaratmamısan” deyərək Allaha üsyan etdiyin vaxtlar olubmu?

- Bəli. Mən gözəl qadın görəndə onun kimi olmaq istəyirəm. Mən həyatda bu qədər çətinlik görmüşəm, qəddar da, paxıl da, pis də ola bilərdim.

- Bir az səmimi ol. Səni Samir Bağırov ilə nə bağlayırdı?

- Axı mən dedim ki, mən kişiləri daha çox bəyənirəm. Mənim kişiyə qarşı hissiyatım daha çoxdur.

- Bəs Samir Bağırov kişi deyil?

- Əlbəttə, kişi deyil. O haradan kişi oldu? Onun harası kişidir? Əgər mən beləyəmsə, bu, o demək deyil ki, mən hər kəslə münasibət qurub onu sevə bilərəm.

- Sevgilin var?

- Yox, çünki bu halımla oynamıram. Mən yalnız insanlara baxıb yaşayıram. Bir çox insanlar elə bilir ki, bizim Bağırovla münasibətimiz olub. Ancaq bu, belə deyil. Samir Bağırov mənim zövqümdə deyil. Çünki mənim kök və özünə baxmayan insanlardan xoşum gəlmir.

- Samir Bağırov özünə baxmırdı? Axı ona sən baxırdın. Sən onun stilisti idin...

- Mən onunla işləmişəm. Ancaq onu deyim ki, əgər mənim kişiyə qarşı meylim varsa, demək, kişini bəyənməliyəm.

Mələk
Milli.Az

URL: http://www.milli.az/...wbiz/55595.html
  • 0

#323 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:47

İnternetlə sovrulanlar və ya virtuallıq qurbanının manifesti


04 IYUL 2011 [09:00] - MİLLİ.AZ
İnternetin hələ olmadığı dövrləri xatırlayın. Bacararsınızmı?
Saatlarla internetdəsiniz? Səhər yuxudan ayılan kimi noutbuku işə salır, poçtu yoxlayır, saytlara baxır, "Facebook" və ya "Twitter"dəki yeni məlumatları, xəbərləri yoxlayırsınız?
Təbrik edirik, sizdə internet asılılığının ilk mərhələsi və nişanələridir.

Narahat olmayın, bu psixi pozuntu, ruhi xəstəlik və ya əsəb fəsadları yox, çox pis vərdişdir.

Amma olduqca pis bir vərdiş və Milli.Az xəbər portalı da həmin vərdişin özü ilə yanaşı, fəsadlarından bəhs edəcək.

Əvvəlcə quru faktlara və qısa tarixçəyə nəzər salaq. Bəribaşdan "Wikipedia"ya virtual təşəkkür edərək həmin açıq ensiklopediyada internet asılılığı barədə yazılanları oxuyuruq: "...İnternet asılılığı psixi pozuntu, internetə qoşulmağa yönəlmiş çox güclü istək və internetdən vaxtında çıxmağı bacarmamaqdır. İnternet asılılığı geniş müzakirə edilən məsələ olsa da, onun statusu hələlik qeyri-rəsmi səviyyədədir. Belə ki, sözügedən asılılıq DSM-IV xəstəliklərinin rəsmi təsnifatına daxil edilməyib.

Bu asılılıqdan ilk dəfə 1995-ci ildə doktor Ayvan Qoldberq bəhs ediğ. Qoldberqin məqsədi bu pozuntunu rəsmən təsdiqlənmiş psixiatrık standartlar çeşidinə daxil etmək olmasa da, onun təklif etdiyi şərh psixoaktiv maddələrdən izafi istifadədən sonra yaranan fəsadlarla bağlı pozuntuların xüsusiyyətlərinə bənzəyir.

Qoldberqə görə, internet asılılığı zamanı virtual şəbəkədən istifadə neqativ stress vəziyyəti və ya distress yaradır.

İnterneit asılılığı fiziki, psixoloji, fərdi, iqtisadi və sosial statusa zərbə vurur. 1994-cü ildə psixiatr Kimberli Yanq internet asılılığ müəyyənləşdirmək üçün sorğu keçirdi. Məlum oldu ki, bu asılılıq qumara patoloji vurğunluğa bənzəyir və internet istifadəçilərinin də 1-5 faizi bu bəlaya mübtəladır".

Yəni, belə.

Təbii, informasiya insan üçün müstəsna əhəmiyyətə malikdir. Kompüter və internet də - bilirəm, hamının bildiyi cümlələri yazıram, amma dözün, qonorar almaq gərəkdir - informasiya almaq və işləmək üçün indi əsas vasitədir. Üstəlik, kompüter müxtəlfi informasiyalar əldə etməyin bəzən yeganə vasitəsinə çevrilir.

Məhz bu kompüter və internet asılılığının ilk, başlıca səbəbidir.

İnternet asılıılığ problemi virtual şəbəkənin populyarlığının yüksəlməsi ilə daha da artıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gerçək həyatı internetə qurban verən, smartfon və kompüterlə sutkada 18 saat keçirən insanların sayı artır. İnternetdən qəfil və ya məcburi imtina belə insanlarda əndişə, emosional narahatlıq və az qala xof hissləri yaradır.

İnternet asılılığının yaranmasının ilkin təzahürü insanın konkret saytlar yox, "qarşısına çıxan" resurslarla maraqlanması, ciddi ehtiyac olmadığı halda virtual məkanda "eşələnməsi"dir.

Belələri bu və digər saytlara ehiyaca, marağa görə daxil olmur - sırf mexaniki şəkildə saytlarda "serfinq"lə məşğul olurlar.

Məsələn, internetin "köləsi" olan insan poçtunu mühüm məktub gözlədiyinə görə yox, sadəcə yoxlamaq üçün yoxlayır. Çünki elektron poçta daxil olmaq, servisi "açmaq" ona ləzzət verir və bu ləzzəti orada oxunmamış məktubu görmək daha da artırır.

İnternetə ifrat aludə olan insan heç bir halda problemini özü görmür və dərk etmir. Onun üzləşdiyi bəla barəsində bütün hallarda ətrafındakı insanlar danışırlar. "Sən kompüter qarşısında çox vaxt keçirirsən!" kimi narahatlıq dolu sözlər səslənibsə, deməli, gerçəkdən də internetdə "batan"lardan birisiniz. Belə vəziyyət isə gerçək həyatdakı virtual yox, real dostlarla ünsiyyətə və təmaslara çox az vaxt qoyur.

İnternet asılılığa mübtəla olmuş insanları tanımaq, ayrıd etmək asandır. Beləsinə nə söyləsən, cavabında "Hə, yaxşı, mənə e-maillə yazarsan" deyir. Ya da dostları ilə istirahət etməyə yollandığı kafe, restoran və ya çayxanaya daxil olan kimi oranın işçilərindən "Sizdə Vay-Fay var?" soruşur.

Səhər saatlarında isə o, yuxudan oyananda bir fincan ətirli qəhvə içmək əvəzinə başılovlu noutbuka tərəf qaçır, poçtunu yoxlayır, saytlarda gəzişir və bir ay öncənin hava proqnozunu oxuyur.

Bəs yaxşı, bu təhlükəlidirmi?

Suala cavab arayırsınızsa, heç olmasa qısa müddətə internetdən kənar durun.
Qərb ölkələrində bu problemi araşdırırlar və hətta internet asılılığı ilə mübarizə mərkəzləri də yaradırlar. Azərbaycanda isə bu sahədə hələ də mütəxəssis yoxdur, halbuki ölkəmizdə də internet asılılığına tutulmuşlar az deyil.

İnternet asılılığı ilk əvvəl görmə qabiliyyətinə təsir edir. Ən son dəbli "Polaroid" eynəklər və ya ultramüasir monitordan istifadə etməyə rəğmən, bütün bunlar gözləri ifrat yorulma və gərginlikdən xilas edən deyil.

Sürəkli, fasiləsiz gərginlik nəticəsində göz əzələləri yorulur, onlar elastikliyini itirir, gözdə quruluq və yanğı hissləri yaranır. Göz almacığı partlamış kapilyarlar nəticəsində qızarır, künclərdə isə vaxtından əvvəl qırışlar yaranır. Göz almacığı və bəbəyə bir qədər istirahət vermək üçün kompüterin arxasından qalxın, uzağa baxın. Habelə, nəmləndirici göz damlaları da köməyə çata bilər.

İnternet asılılığın daha bir mənfi fəsadı bel ağrıları, skolioz və donqarlıqdır. Onlar oturaq həyat tərzi nəticəsində yaranır, müalicəsi də asan olmur. Belə fəsadlarla qarşılaşmamaq üçün aptekə yollanaraq çiyinləri düz, beli isə şax tutan xüsusi bandaj almaq olar.

Bel ağrıları probleminin daha bir həll yolu yoqa, pimlates və ya üzgüçülüklə məşğul olmaqdır. Bel üçün xüsusi təmrinlər və ya idman səhhəti qorumaqla yanaşı, internetdən kənarlaşmaq üçün bir fürsətdir.

Fəqət, bütün bunlara rəğmən internet asılılığınını ən pis nəticəsi asosiallıqdır. Yəni belə asılılığa düşən insan dostlarla görüşmək istəmir, onlarla "Skype" vasitəsilə danışmağa üstünlük verir. Həmin adam harasa zəng vurmaq, danışıqlar aparmaq əvəzinə e-mail vasitəsilə yazışmağı üstün tutur.

Yəni internetdə nə qədər çox vaxt keçirilirsə, gerçək ünsiyyət imkanları və vaxtı o qədər azalır. Belə asılılılığı olan insanlar tanımadığı insanlarla çox çətinliklə danışır, yad mühitdə stress keçirirlər.

İnternetin quluna çevrilməmək üçün ilk əvvəl bu problemi dərk etmək, anlamaq gərəkdir ki, bəlalı vərdişdən qurtulmaq üçün sizə sizdən savayı kimsə yardım edən deyil.

Müalicəyə başlamaq fikrindəsiniz?

Onda əvvəlcə hər gün internetdə nə qədər vaxt keçirdiyinizi hesablayın. Sonra isə həmin vaxtın hansı hissəsini virtual hörümçfək torunda həqiqətən də sizə gərəkli işlərə sərf etdiyinizi müəyyənləşdirin. Sonucda alınan vaxt internetdə hər gün keçirməniz məsləhətli olan vaxtdır.

Fərz edək ki, həmin vaxt 2 saatdır. Hər gün kompüteri yandırıb işə salanda bu vaxtı unutmayın və 2 saat başa çatan kimi internetdən çıxın.

Bu, bütün işlərinizə yenidən nəzər salmağa, iş və istirahət vaxtlarınızın məhsuldar bölgüsünü aparmağa imkan verər.

Unutqanlar isə noutbukun və ya kompüterin yanına «İnternetə YOX de!» və ya «Facebook-da vaxt öldürmə!» yazısını qoya bilərlər. Əsas odur ki, yazı parlaq rəngdə, rahat oxunan olsun.

Daha bir radikal metod isə heç bir məqsəd olmayaraq baş çəkdiyiniz saytları blok etməkdir. Azərbaycandakı internet istifadəçiləri ilə bağlı aparılan müşahidələr göstərir ki, həmin saytlar bir qayda olaraq sosial şəbəkələrdir.

Əgər bu vasitələr də kömək etmirsə, adi psixoloqa üz tutun. Utanmayın - burada pis heç nə yoxdur. Peşəkar mütəxəssis sizinlə danışacaq və internetdə məhz nələrin sizi cəlb etdiyini aydınlaşdıracaq.

Əksər hallarda internetomanlar uydurma komplekslərdən əziyyət çəkənlərdir. Onlar ətrafdakı insanlarla ünsiyyətdə çətinlik çəkən, zəif xarakterli şəxslərdir.

Və ən nəhayət, internet olmadığı dövrdə insanların çox rahat yaşadıqlarını xatırlayın. Bəli, o vaxtlar yaşam asan deyildi. Amma maraqlı günlərdi.

Onu da bilin ki, virtual məkanın ən böyuk məcazı onun ümumiyyətlə olmamasıdır.
Olmayan bir nəsnəyə bu qədər vaxt itirməyə dəyərmi?

Tural Sarı
Milli.Az

URL: http://www.milli.az/...tech/56205.html
  • 0

#324 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:48

"O qədər insanlarla üz-üzə gəlmişəm ki, məni görüb qışqırıblar" - MÜSAHİBƏ - FOTO


04 IYUL 2011 [09:30] - MİLLİ.AZ
"Yoldaşım biləndəki mən Adalətlə bir yerdəyəm..."
Lider TV-nin efirində yayımlanan “Həyat tərzi” verilişinin aparıcısı Lamiyə Ələkbərovanın Milli.Az xəbər portalına müsahibəsi.

- Yay günləriniz necə keçir?

- Yaxşı! İstini çox sevirəm. Ən sevdiyim fəsildir. Bu ərəfələrdə, yəni yayda əhvalım çox yaxşı olur. Sonra havaya görə korlanır.

- Lamiyə Ələkbərova Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcıdır?

- Bəli. 1997-ci ildən efirdəyəm. İlk reklamım moda ilə bağlı olub. Ancaq dəblə bağlı çox danışmaq mümkün deyildi. İndi bir çox kanallar bu tip verilişləri etsələr də, bunun ideya müəllifi mənəm. İlk dəfə mən etmişəm. O birilər hamısı məndən sonra ediblər. İndi də yenə o işlə məşğulam.

- Veriliş də yaradıcılıq baxımından kasadçılıqdır. Elə hamısı reklamdır...

- Yox. Bu reklam deyil. Bu, maarifləndirici verilişdir. Gəlin buna məhz bu prizmadan yanaşaq. Axı bu gün siz gedib özünüzə yay geyimi almaq istəyirsiniz. Amma məkanı tapmaqda çətinlik çəkirsiniz. Biz isə ünvanı göstəririk, əlaqə telefonlarını veririk. Tamaşaçıya kömək edirik.

- Amma həmkarlarınız da məhz buna görə verilişinizi qınaq obyektinə çeviriblər.

- Həmkarlarım özləri bilərlər nə fikirləşirlər. Bu, onların öz işidir. Ancaq mən professional aparıcıyam. 16 ildir efirdəyəm. Mən 2 dəfə ali təhsil almışam. Musiqi savadım da var. Bu sahənin də professionalıyam. Professional bir aparıcı, rejissor kimi deyə bilərəm ki, bu maarifləndirici verilişdir. Tamaşaçılar isə onlara lazım olanı seçsinlər. Fikrimcə tamaşaçılar razılaşdılar.

- Deyirsiniz 16 ildir efirdəsiniz. Maraqlıdır, bu illər ərzində nələrlə rastlaşmısınız?

- Oy, o qədər hadisələrlə rastlaşmışam. Amma heç vaxt heç kiminləsə mübarizə aparmamışam. Çünki hər zaman ancaq bacarığım və istedadım üzərində işləmişəm. Mən yalnız savadlı mübarizəmi aparmışam. Qəlbimə dəyənlər də sonradan peşman olublar. Dalımca danışıb, sonra səhvlərini başa düşüblər. “Torbamı da tikənlər” çox olub. Mənim heç kimlə nə rəqabətim nə də işim yoxdur. Çünki adım Lamiyə, soyadım Ələkbərova atamın adı da Ələkbərdir.

Niyə mən başqası ilə rəqabət aparmalıyam. Mənim verilişimə oxşayan digər verilişlər də var. Amma heç onlarla da rəqabətdə deyiləm. Çünki hər kəs bilir ki, bunun təməlini mən qoymuşam. Mən özümə inanıram. Rəqabət hissi özünə inanmayan olur. Məndə isə ola bilməz! Mənim çox gözəl və tələbatlı verilişim var. Sponsorumuz da reytinqimiz də var. Heç kimə paxıllıq edəcək vəziyyətdə deyiləm. Qoy kimlərsə mənimlə rəqabət aparıb, paxıllıq etsinlər.

- Sözünüzdən elə çıxdı ki, sizin rəqibiniz belə yoxdur.

- Bəlkə də kimlərsə məni özünə rəqib bilir. Əslində rəqibin olması yaxşıdır. Bəlkə də var. Ancaq bu məkanda hər kəs mənimlə dostdur. Məni tanıyanlar bilir ki, yaxşı dostam. Düşmənim də yoxdur. Ancaq hər kəsin öz işi var. Axı mən AzTV məktəbi görmüşəm. O cür insanlardan dərs almışam. Mən kadrarxası mətn oxuyanda, hər kəs bəyənir. Ona görə yox ki, mən Lamiyəyəm, ona görə ki, AzTV dərsi keçmişəm.

Bu gün yoldan keçən bir çox insanlar aparıcılıq eşqi ilə müraciət edirlər. Sadəcə boyu uca, saçı uzun və üzü gözəl bütün xanımlar aparıcılığa iddialıdırlar. Ancaq məqsədlərini bilmirlər. Biz belə gəlməmişik axı. Mən Milli Konsertvatoriyada dərs almışam. Vasif Adığözəlovun tələbəsi olmuşam. Fəxr edirəm ki, musiqi savadım var. Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin mahnılarını tanıyıram. Azərbaycan bəstəkarlarınıın mahnıları səhf salmıram.

Vurğuladığım amillər heç bəzi müğənnilərdə yoxdur. Bunları nəzərə alaraq, necə deyim ki, filan aparıcı mənim rəqibimdir. Mənim bildiyim çox şey var. Elə ona görə digər aparıcılardan fərqlənirəm.

- Yaxşı aparıcıda hansı xüsusiyətlər olmaldır ki?

- Yaxşı danışığın olmalıdır. Çıxıb efirə deyirlər ki, “görəcəksiniz”, “göstərəciyik”. Axı bu sözün sadəcə yazılışı belədir. Onun deyilmə qaydası yazıldığı kimi deyil. Amma bizim aparıcılar buna fikir vermirlər. Ləhcə olmamalıdır. Gözəllikdə olmalıdır, amma tamaşaçı aparıcıda bir çəkicilik hiss etməlidir və şirinlik duymalıdır.

Elə bilirsiniz ki, mənə kimlərəsə görə müraciət edən yoxdur? O qədər insanlar “Lamiyə, bax gör bundan aparıcı olar” deyə müraciət ediblər. Sadəcə xarici görünüşə qüvənib, efirə çıxmaq istəyən o qədərdi ki. Axı aparıcının savadı və danışıq qabiliyyəti yoxdur. Bizə müraciət edənlər elə insanlar ki, heç yazı yaza bilmirlər. Mən isə onları yazdırmağa çalışıram. Əvvəl belə deyildir. Aparıcı ancaq diktorluq edirdi. Çünki yazılarını redaktorlar hazırlayırdı. İndi hər şeyi aparıcılar edir.

Düzün desəm, mən bəzi aparıcı olmaq istəyənlərə başqa peşəyə sahiblənməyi məsləhət görürəm. Bəzən efirə baxanda görürəm ki, çox gözəl bir oğlan ya mahnı oxuyur, ya da aparıcılıq edir. Amma o insana baxanda bilirsən ki, bundan yaxşı idmançı olardı. Yəni insanlar onlara yaraşmayan peşə ilə məşğul olurlar.

- Tamaşaçılar deyir ki, sizdən mənfi aura saçır.

- Bunu ilk dəfədir eşidirəm. Yadıma bir çox əhvalatlar düşür. Məni tanımayan bir iki nəfər deyib ki, yekəxanayam. Ancaq sonradan fikirləri alt-üst olub. O qədər insanlarla üz-üzə gəlmişəm ki, məni görüb qışqırıblar. Hətta rayonlara belə getmişəm. 50 yaşında bir xanım məni görən zaman “televizordakı qız” deyə səslənib və məni qucaqlayıb.

- Amma özündən razılıq bir az hiss olunur.

- Ola bilər. Hər hər kəs elə bilir ki, mən özümdən razıyam. Amma sizin portal vasitəsi ilə öz tamaşaçılarıma səslənib demək istəyirəm ki, mən belə deyiləm. Lamiyə çox həyat sevər qızdır. Mən bir il öncə atamı itirəndə də efirə çıxmışam. Amma bu problemlə tamaşaçılarımı yükləməmişəm. Efirə çıxanda gözümün yaşını silib, gülməyə çalışmışam ki, tamaçılar heç nə hiss etməsinlər.

Mən tamaşaçıya gülüş bəxş etmək üçün gülürəm. Amma bu o demək deyil ki, məndə hər şey yaxşıdır. Məndə hər bir iş gözəl deyil. Bu səviyəyə çətinliklə gəlib çıxmışam. Mənim də pis günüm olub. Evdən ağlayıb qaçdığım vaxtlar olub. Bəlkə də qıraqdan başqa cür görsənirəm. Burdan bir daha səslənirəm. Əgər tamaşaçılar mənim haqda mənfi fikirdədilərsə, yanılırlar. Mən insanları çox sevirəm. Heç vaxt heç kimin arxasıyca danışmamışam. Əgər yanımda kimisə pisləyiblərsə, mən əksinə fikir yaratmağa çalışmışam. Çalışıram pisə də aydınlıq gətirim.

- ANS kanalının “Toy olsun” verilişinin aparıcı Ülvira Qarayeva necə aparıcıdır?

- Yaxşı. Özünəməxsus aparıcıdır. Onun çox gözəl qələmi var. O redaktordur. Gözəl yazıları var.

- Eşitmişəm ki, Lamiyə “Toy olsun”u aparar.

- (gülərək) Axı niyə mən Ülviranın verilişini aparmalıyam? Amma mən apara bilərəm.

- Ümumiyyətlə, toy apararsınız?

- Xeyir. Amma bunu çox gözəl bacararam. Mən məclislər, mərasimlər hətta başqa tipli verilişlər də apara bilərəm. İstənilən mövzuda aparıcılıq edə bilərəm. Efirlərdə bir çox verilişlər var ki, onun müəllifi mənəm. Rejissorluq edirəm. Bir çox hərəkətlər məhz mənə məxsusdur. Söhbət tək Ülviradan getmir. Mənim heç kimin verilişində gözüm yoxdur.

- Qəribə də olsa, sizi Ülviraya bənzədirlər.

- Ülviraya? Axı məni Dilarə Səlimovaya oxşadırlar. Sadəcə Ülvira saçlarının rəngini tez-tez dəyişir. O dəyişməyi çox sevir. Mən isə belə deyiləm. O məndən fərqli olaraq imicini çox tez-tez dəyişir. Mən özümdə bunu sevmirəm. Axı insanlara mənim informasiyam lazımdır. Mən indi durub avanqard saç düzümü edib, deyim ki, bu dəbdir. Amma mənə yaraşmasın. Sonra da deyim ki, mən tamaşıya yenilik gətirdim. Yox, bəlkə də onda tamaşaçı mənə baxıb deyər ki, “bu nə gündədir. Bu niyə özünü bu günə salıb?”. O dəyişən tip insanlardan deyiləm.

Birdə axı mənim iki oğlum var. Hər addımıma fikir verirəm. İstəmirəm onlar böyüyəndə eşitsinlər ki, “anan efirdə o nə idi geyinmişdi?” və ya “Anan bu nə hərəkətdir edir”. Axı mənim yoldaşım var. Mən ailəliyəm. Elə məsələlər var ki, mən onu edə bilmərəm. Ancaq sərbəst insanlar üçün bu problem olmaz. Mən bütün əzizlərimi düşünürəm. Çünki mənim qayınanama “Sənin gəlinin bunu etdi”, anama isə “sənin qızın belə elədi” deyə bilərlər. Mənə heç kimə görünüşümü nümayiş etdirmək lazım olmayıb.

- Efirə görə "dostlar"la çox rastlaşmısınız?

- Çox, çox, lap çox! Mən AzTV-dən çıxıb "Lider" kanalına keçən zaman cəmi 1 gün işsiz qalmışam. İşimi dəyişən zaman oğlumun 1 yaşını qeyd etdim. O zaman bir çox müğənnilər bilmirdi ki, mən AzTV-dən çıxdım amma "Lider"ə keçirəm. Uşağınım ad gününə dəvət etdim. Bilənlər gəldilər. Bilməyənlər isə dedilər ki, "Əşi, Lamiyə AzTV-dən çıxıb. Nə mənası var getməyin". Bax, bu sözü iki müğənni demişdi. Onların adlarını çəkməyəcəyəm. Yenə də gəlmədiləri üçün onlara təşəkkür edirəm.

- İndi həmin müğənnilər siz tərəfə can atırlar?

- Bir il öncə atam rəhmətə getmişdi. O müğənnilərdən birinə zəng edib dedilər ki, Lamiyənin atası dünyasını dəyişib. O yenə də o cür qarşıladı. Bəlkə də bunlar ona görədir ki, mən o adamı efirə çağırmıram. Çünki mənim efirimə onun aidiyyatı yoxdur. Bəzən çəkdiyim gözəllik salonlarında müğənnilər də olur. Biz isə gedib çəkirik. Amma tamaşaçılar elə bilir ki, mən dəvət edirəm. Ancaq inanın ki, mənim heç nədən xəbərim olmur. Bizim müğənnilərdə elə bu cür başa düşürlər. Düşünürlər ki, mən özüm onları çağırmıram. Ona görə də toyda, yasda gözümə dəymirlər.

- Deyəsən şou-biznesdə dostlarınız o qədər də çox deyil.

- Yox, əksinə çoxdur. Amma çoxu da kişidir. Bütün dostluq etdiyim insanlar həyat yoldaşımı soruşur. Məsələn Ədalət Şükürov mənə zəng edəndə, birinci Aziki, yəni yoldaşımı soruşur. Yoldaşım biləndəki mən Adalətlə bir yerdəyəm, sadəcə salam göndərir. O heç vaxt deməz ki, niyə başqa kişi ilə birlikdəsən. Çünki Ədalət bizim dostumuzdur. Xanımlardan isə Mətanət İsgəndərli, Könül Kərimova, Nazənin və başqaları da var. Mən hər zaman dostuluğumu edib, işimlə məşğul olmuşam. O vaxta qədər ki, kimsə mənim bostanıma daş atsın.

- Bəs o vaxtdan sonra nə baş verə bilər?

- O zaman mənim səsim çıxar! Heç kimlə problem yaşamaq istəmirəm. Bəlkədə kiminləsə mübahisə yaşamışam. Ancaq əsəbdən dilimdən nəyisə çıxa bilər. Sonra tez unuduram. Belə cuzi şeyləri düşmənçilik saymıram.

- Düşməniniz çoxdur?

- Məncə heç yoxdur. Bəlkə kimsə məni düşməni olaraq görür. Amma mən hər şeyi bağışlayıram.

- Demək kinli deyilsiniz.

- Xeyir, kinliyəm. Sadəcə bildiyim ürəyimdədir. Mən öküz iliyəm. Öküzlər isə sona qədər tapdalayır. Öküzü əsəbləşdirəndə, adamı divara çırpır, tapdalayır. Yəni sona qədər gedir.

- Tapdağınız altda qalan çox olub?

- (xeyli fikrə getdi). Bilmirəm. Bu suala cavab vermək istəmirəm. Mənə pislik edənlər çox olub. Ancaq bacarmayıblar. Allah yol verməyib. Mən heç nə etməmişəm. Amma tapdaq altda qalmış kimi bir vəziyyət olub. Bu, mənim yox, Allahın tapdağı olub. Üzərimə özlərini göstərmək üçün gələnlər çox olub. Ancaq görüblər ki, alınmayıb. Çünki başa düşüblər ki, mən nə dünənki müxbir deyiləm ki, üstümə qışqıralar. Nə də uşağam. Mən veriliş aparıcı, müəllifi və rejissoruyam. Mənim öz səviyyəm və hörmətim var.

- Ürəyinizdə söz qalmadı?

- Arzu edirəm ki, aparıcılarımız, xüsusi ilə də xanımlar tezliklə ailə qursunlar. İstəyirəm ki, aparıcıların adı yaxşı yerlərlərdən gəlsin. Çünki aparılıq adı hər birimizə məxsusdur. Pis və ya yaxşı deyiləndə hər birimizə gəlir. Mən çalışıram ki, yaxşı olum. Qoy o birilər də yaxşı olsun.

Mələk
Milli.Az

URL: http://www.milli.az/...wbiz/56146.html
  • 0

#325 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:48

Çəki ilə alınan qeyri-ərzaq məhsulu


04 IYUL 2011 [09:45] - MİLLİ.AZ
Mövsümlə bağlı əhalinin daha çox istifadə etdiyi gün eynəklərinə bu gün paytaxtda addımbaşı rast gəlmək mümkündür. Alıcıların isə yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verərək seçdiyi bu eynəklərin istehsalı, yaratdığı fəsadlarla bağlı məlumatı yoxdur.

Eynək nə üçün yaradılıb?

Dünyada ilk eynəyin 1285-ci ildə İtaliyada düzəldildiyi ehtimal olunur. 1305-ci ildə Florensiyada Cordano da Rivaldo vəsiyyətində yazmışdı: “Gözün görməsini yaxşılaşdırmağa xidmət edən eynəklərin ixtira olunduğu vaxtdan hələ heç 20 il keçməyib. Bu, dünyanın ən gözəl və lazımlı nemətlərindəndir. Mən ilk eynəyi yaradan insanı görüb, onunla söhbət etmişəm”. Eynəyin ilk təsviri isə 1352-ci ildə İtaliyadakı Trezivo kilsəsinin rahibi Tomazzo da Modena tərəfindən hazırlanmış freskalarında verilib. Əvvəllər eynəkdən məhz uzağı yaxşı görə bilməyən insanlar istifadə edirdilər, XVI əsrdən başlayaraq optik eynəklər yaxını zəif görənlərin də köməyinə çatdı. Hazırda isə eynəklərdən müxtəlif məqsədlər üçün istifadə edirlər.

Eynəklərin müxtəlif təyinatları var ki, bunlar optik, gün, sürücü, yüksək müdafiəli, “xameleonlar”, şaxtaçılar və üzgüçülər üçün eynəklər və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yolda, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə etmək olar.

Eynək həvəsində olan alıcıların əksəriyyəti harada satılmasından asılı olmayaraq öz zövqlərinə uyğun seçim edirlər. Onu da qeyd edək ki, bu gün pərakəndə halda yalnız gün eynəkləri deyil, hətta optik eynəklər də satılır. İstehlakçılar bu optik eynəklərdən istifadə edərək görmə qabiliyyətinin zəifləməsinə, xarici görünüşünə aldanaraq aldıqları gün eynəklərinin baş ağrılarına yol açdığını bilirlərmi?

Linzadan istifadə zamanı ehtiyatlı olun

Bütün növ eynəklərdən istifadə zamanı diqqətli olmağın vacib olduğunu deyən göz həkimi Qurban İsmayılov deyir ki, ümumiyyətlə, eynəklər iki növ materialdan hazırlanır ki, bunlardan biri plastik, digəri şüşədir. Şüşənin də öz növləri var ki, bunlar adi, xamelyon və s. Həkimin sözlərinə görə, şüşə daha keyfiyyətlidir: “Orqanika plastmasdır və yüngüldür. Bunlar da keyfiyyətlidir, ancaq davranış gərək normal olsun. Yəni, bu materiallar tez sınır, çatlayır. Eynəkdən istifadə üçün mütləq gərək həkimə müraciət olunsun və həkim normanı təyin etsin. Məsələn, bir insanın bir gözü tam sağlam ola bilər, digər gözündə isə problem ola bilər. Hər halda, optik eynəyi həkim yoxlamalıdır və ona uyğun eynək yazmalıdır. 30 yaşa qədər eynəkdən istifadə üçün mütləq bəbəyi genəldib, yoxlamaq lazımdır. Daha yuxarı yaşdan sonra insanlarda görmə pozulur”.

Həkim onu da bildirdi ki, gənclər eynək taxmağı sevmirlər və bunun üçün optik linzalardan istifadə etmək mümkündür, xüsusilə, gənc qızlar buna üstünlük verir: “Eynəklərdən fərqli olaraq, optik linzaların müsbət cəhəti odur ki, onların görmə sahəsi böyükdür. Yəni həmin linzanın diametri böyük olur. Ona görə optik linzadan istifadə etdikdə sağ-solu, çevrəni yaxşı görə bilirlər. Buna baxmayaraq, eynəklərdə görmə sahəsi linzalardan dardır. Ancaq optik linzaların istifadə zamanı taxılma texnologiyasına fikir verilməlidir. Yəni, əllər təmiz olmalıdır, linzalar çıxarıldıqdan sonra maye məhlulun içinə qoyulmalıdır, məhlul tez-tez dəyişdirilməlidir. Onu çıxararkən ehtiyatlı olmaq lazımdır ki, gözün buynuz qişasını zədələməsin”.

Hər bir eynək fərdi seçilməlidir

Q.İsmayılovun fikrincə, gün eynəklərinin dərəcəsi uyğun olsa da hər bir insanda bəbəklər arasındakı məsafə fərqlidir: “Ona görə də hazır eynəkləri taxan zaman insanlarda baş ağrıları əmələ gəlir. Vacib şərt odur ki, eynək həkimin təyinatından sonra alınsın. Hər bir eynək fərdi seçilməlidir. Ümumiyyətlə, belə bir problem mövcuddur ki, hanısısa pasientə eynəyi haradan alması ilə bağlı məsləhət görə bilmirik. Həmin vaxt elə anlaşılır ki, yəqin bu optika həmin həkimə məxsusdur. Ona görə də biz müayinə edirik və ona lazım olan eynəyi yazırıq. Onu hardan almasına nəzarət etmək isə mümkün deyil. Ən azından ona görə ki, həkimə qarşı şübhələr yaranır. Məhz bu baxımdan mən məsləhət görürəm ki, yazılan eynəyi hansı olmasına baxmayaraq optikada düzəltdirsinlər”.

Apteklərdə satılan eynəklərə gəldikdə isə həkim deyir ki, bu gün apteklərin bir hissəsində optik şüşə var: “Yəni, burada eynək düzəldilir və satılır. Bütün Avropa dövlətlərində aptekin optika hissəsi var. Hər halda, küçədə satılandan dəfələrlə yaxşıdır. Qiymətlərə gəldikdə isə konkret olaraq, şüşələr orqanik - plastmas şüşələrdən bahadır. Optik eynəkləri gərək həkim təyin etsin, normal optik apteklərdən alsınlar. Gün eynəklərinin keyfiyyəti isə brendləri, hansı dövlətinn istehsalı olmasından asılıdır. Çin istehsalı olan optik eynəklər daha ucuzdur.
Almaniya, Fransanın eynəkləri isə daha bahadır. Eynəklərin Azərbaycanda istehsalı yoxdur. Ən ucuz Koreya və Çin istehsalı olan 5-10 manat qiymətində optik və gün eynəkləridir. Bakıda ən çox brend olan fransız şüşələridir ki, adi eynək 150 manat, proqressivləri 300 manata qədərdir.

İtalyan eynəkləri 150-200 manatadır. Hətta bu gün, gün eynəkləri 8-ci km bazarında 50 qəp. qiymətinə satılır”. Həkim onu da vurğuladı ki, hazırda küçədə satılan eynəkləri satıcılar çəki ilə topdan alırlar ki, bu da həmin məhsulun nə qədər keyfiyyətsiz olduğunun göstəricisidir.

Eynəklərlə bağlı yoxlamalar keçirilirmi?

Ölkədə eynək satışına nəzarətə gəldikdə isə İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev bildirdi ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən qeyri-ərzaq malları ilə bağlı da yoxlamalar həyata keçirilsə də hələ ki, eynəklərlə bağlı belə bir yoxlama keçirilməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ümumiyyətlə, nazirlik tərəfindən eynəklərin keyfiyyətinə nəzarət olunur. Bildirildi ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən gigiyenik sertifikat verilir. 153 saylı əmrə əsasən eynəklərin keyfiyyətinə, saxlanmasına, satılmasına nəzarət edilə bilər. Ancaq qiymət nəzarəti nazirliyin səlahiyyətində deyil. Bu baxımdan da SN tərəfindən eynəklərlə bağlı reyd keçirilməyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, eynəklərin satışı bir sıra ölkələrdə nəzarətsiz aparılır, normal nəzarət yoxdur: “Hətta eynək bazarı bol olan İtaliya və yaxud Afrika çimərliklərində, Romada belə gün eynəklərinin müxtəlif satışı həyata keçirilir. İstehlakçı isə harada və necə satılmasından asılı olmayraq bunları alır. Ancaq istehlakçılar təyin edilmiş eynəklərdən istifadə etməlidirlər. Ölkəmizdə də bu istiqamətdə yoxlamalar aparılmır. Əsasən, Çin eynəklərinin istənilən yerlərdə satışı aparılır. Bu, qeyri-normaldır və istehlakçıların sağlamlığı üçün problem yaradır. Buna nəzarət olunmalıdır”.

Günel
Milli.Az

URL: http://www.milli.az/...iety/53067.html
  • 0

#326 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:49

Bakının avtomobil bazarında "Cip"lərin qiymətləri - SİYAHI


04 IYUL 2011 [10:34] - MİLLİ.AZ
Milli.Az xəbər portalı Day.Az saytına istinadən Bakının avtomobil bazarında «Cip»lərin son qiymətlərini təqdim edir.

Milli.Az







Avtomobilin adı
Buraxılış ili
Qiyməti
1
Audi (Q7)
2006
42500 $
2
BMW (X5)
2001
13000 $
3
Chevrolet ( Niva)
2008
12000 $
4
Ford (Explorer)
2007
27000 $
5
Honda (CR-V)
2008
25500 $
6
Hummer (H3)
2006
28000 $
7
Hyundai (Terracan)
2004
15000 $
8
Hyundai (Tucson)
2006
14000 $
9
Hyundai (Santafe)
2008
23000 $
10
Hyundai (Veracruz)
2007
28000 $
11
Infiniti (FX35)
2006
30000 $
12
Jeep (Grand Cherokee)
2002
15000 $
13
Jeep (Wrangler)
2008
38000 $
14
KIA (Sportage)
2007
17000 $
15
KIA (Sorento)
2006
18500 $
16
Lexus (LX470)
2005
42000 $
17
Lexus (RX300)
2000
15000 $
18
Lexus (LX570)
2008
78000 $
19
Lexus (RX330)
2003
21000 $
20
Mazda (CX-7)
2007
27000 $
21
Mazda (CX-9)
2008
32000 $
22
Mercedes (ML500)
2006
51000 $
23
Mercedes (ML270)
2000
18500 $
24
Nissan (Qashqai)
2008
17500 $
25
Ssang Yong (Rexton)
2005
20500 $
26
Nissan (X-Trail)
2002
13500 $
27
Porsche (Cayenne)
2007
57000 $
28
Toyota (RAV-4)
2006
22000 $
29
Nissan (Murano)
2007
27000 $
30
Toyota (Land Cruiser)
2008
52000 $
31
Toyota (Prado)
2007
36000 $
32
Volkswagen (Touareg)
2005
27000 $
33
Mitsubishi (Pajero io)
2001
12500 $
34
KIA (Carens)
2008
15000 $

URL: http://www.milli.az/...nomy/56274.html
  • 0

#327 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:49

“Kurtlar Vadisi”nin ssenari müəllifinə hücum etdilər


04 IYUL 2011 [10:57] - MİLLİ.AZ
Sürücü Bahadır Özdenerin üzünə gözyaşardıcı qaz püskürdüb.
“Kurtlar Vadisi” serialının ssenari müəllifi Bahadır Özdener hücuma məruz qalıb.

Milli.Az xəbər portalının “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, gündüz saatlarında Bahadır Özdener dostu ilə taksiyə minmək istəyib. Sürücü onlardan hara gedəcəklərini soruşub. Bahadır Özdener İstanbulun Nişantaşı rayonuna gedəcəklərini bildirsə də, taksi sürücüsü ora getmək istəmədiyini deyib. Məşhur serialın ssenari müəllifi taksinin qapısını örtüb. Taksi sürücüsü isə qapının bərk örtüldüyünü iddia edib və mübahisə yaranıb. Sürücü Bahadır Özdenerin üzünə gözyaşardıcı qaz püskürdüb. Digər taksi sürücüləri də davaya qarışıblar. Qarşı tərəfin çox olduğunu görən Bahadır Özdener və dostu qaçmağa başlayıblar. Lakin taksi sürücüləri onların dalınca düşərək, yolda saxlayıblar və döyüblər.

Qeyd edək ki, taksi sürücüsü polisə ifadəsində taksisini dayanacağa aparmaq istədiyini və yalnız həmin istiqamətdə müştəri axtardığını bildirib. O, ssenari müəllifi və onun dostu tərəfindən döyüldüyünü iddia edib.

Milli.Az

URL: http://www.milli.az/...orld/56272.html
  • 0

#328 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:50

«Uçan boşqab» 31 yaşlı fermeri «vurdu» - VİDEO


04 IYUL 2011 [11:26] - MİLLİ.AZ
Hindistanın kiçik kəndlərindən birində naməlum uçan obyekt peyda olub.
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı fermer Koiremba Kum qəflətən səmada naməlum uçan obyekt gördüyünü və onu mobil telefonla videoya çəkməyə başladığını söyləyib. O, bir müddət çəkiliş apardıqdan sonra qəflətən huşunu itirib. «Obyekt mənə yaxınlaşmağa başladı və sanki məni cərəyan vurdu», - deyə Kum bildirib. Yaxınları fermeri huşsuz vəziyyətdə 18 saat sonra tapıblar.

Milli.Az

URL: http://www.milli.az/...ideo/56288.html
  • 0

#329 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:50

Bakıda küləkli hava şəraiti davam edəcək

04 IYUL 2011 [12:11] - MİLLİ.AZ
İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Bakıda küləkli hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin iyulun 4-dən 5-nə keçən gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Hidrometeoroloqlar hava şəraitinin yaxın 2 gün ərzində meteohəssas insanlar üçün narahatlıq yaradacağını bildirir. İyulun 5-də günün ikinci yarısından iyulun 6-sı gündüzədək atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi və küləyin daha da güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Milli.Az

URL: http://www.milli.az/...iety/56304.html
  • 0

#330 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:50

Saç yumaq kökəlməyə necə səbəb olur?

04 IYUL 2011 [12:21] - MİLLİ.AZ
Amerikalı alimlər qeyri-adi yenilik üzə çıxarıb.
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, onlar qadınların saç yumaqla bədən quruluşunun pozulmasına imkan yaratdıqlarını sübut edib. Söhbət saçların yuyulması zamanı istifadə olunan şampunlardan gedir. Sən demə, şampunların tərkibindəki kimyəvi maddələr qalxanabənzər vəzin fəaliyyətini pozur, bu isə öz növbəsində hormonal pozuntuya və sonda piylənməyə aparıb çıxarır.

Alimlər saç yumaqdan imtinanın mümkünsüz olduğunu anladıqlarını bildirir. Onlar sadəcə, bu zaman təbii inqredientlərdən istifadəni məsləhət bilir.

Milli.Az

URL: http://www.milli.az/...alth/56307.html
  • 0

#331 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:51

Bakı «Luna-park»ında attraksionların qiymətləri - SİYAHI

04 IYUL 2011 [12:32] - MİLLİ.AZ
Bakıda insanların istirahət etdiyi ən populyar məkanlardan biri də «Luna-park»dır.
Milli.Az xəbər portalı Day.Az saytına istinadən oradakı karusellər və digər attraksionların qiymətlərini təqdim edir.

Milli.Az


Əyləncənin növü
Müddəti
Qiyməti
(AZN)
1
"Qu quşu» attraksionu
3 dəqiqə
1
2
"Kastello" attraksionu
3 dəqiqə
1
3
"Reyncer" attraksionu
3 dəqiqə
1
4
"Qalaktika" attraksionu
3 dəqiqə
1
5
"Qatar" attraksionu
3 dəqiqə
1
6
"Mini-skuter" attraksionu
3 dəqiqə
1
7
"Şəlalə" attraksionu
3 dəqiqə
1
8
"Topxana" attraksionu
5 dəqiqə
1
9
"Amerika təpələri" attraksionu
3 dəqiqə
2
10
"Monoreyl" attraksionu
3 dəqiqə
1
11
"Avtodrom" attraksionu
3 dəqiqə
1
12
"Səma" attraksionu
3 dəqiqə
1
13
"Tramplin" attraksionu
3 dəqiqə
1
14
"Günəş" attraksionu
3 dəqiqə
1
15
"Vikinq" attraksionu
3 dəqiqə
1

URL: http://www.milli.az/...iety/56295.html
  • 0

#332 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:52

Azərbaycanda yeni telefon kodlarının tətbiqinə başlanılır


04 IYUL 2011 [13:29] - MİLLİ.AZ
2011-ci il avqust ayının 1-dən etibarən Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqinə başlanması planlaşdırılır. Milli.Az xəbər portalının məlumatına görə, yeni kodlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında yerləşdirilib.

Yeni yığım formatı aşağıda qeyd olunan cədvəldə göstərilib:


Adı
Ölkə kodu
Köhnə yığım formatı
Yeni yığım formatı
BAKI ŞƏHƏRİ - 012
1
Bakı
994
012 3XX XX XX
012 3XX XX XX
012 4XX XX XX
012 4XX XX XX
012 5XX XX XX
012 5XX XX XX
2
Abşeron
994
012 3XX XX XX
012 3XX XX XX
SUMQAYIT ŞƏHƏRİ - 018
1
Sumqayıt
994
018 6XX XX XX
018 6XX XX XX
BAKI TOLL - 020
1
Bərdə
994
0110 X XX XX
020 20X XX XX
2
Ucar
994
0170 X XX XX
020 21X XX XX
3
Ağsu
994
0198 X XX XX
020 22X XX XX
4
Ağdaş
994
0193 X XX XX
020 23X XX XX
5
Qobustan
994
0150 X XX XX
020 24X XX XX
6
Kürdəmir
994
0145 X XX XX
020 25X XX XX
7
Şamaxı
994
0176 X XX XX
020 26X XX XX
8
Göyçay
994
0167 X XX XX
020 27X XX XX
9
İsmayıllı
994
0178 X XX XX
020 28X XX XX
10
Zərdab
994
0135 X XX XX
020 29X XX XX
ŞİRVAN REGİONU - 021
1
Hacıqabul
994
0140 X XX XX
021 20X XX XX
TransEuroCom
0140 28 XX XX
021 428 XX XX
2
Şirvan
994
0197 X XX XX
021 21X XX XX
3
Beyləqan
994
0152 X XX XX
021 22X XX XX
4
Sabirabad
994
0143 X XX XX
021 23X XX XX
5
İmişli
994
0154 X XX XX
021 24X XX XX
6
Səlyan
994
0163 X XX XX
021 25X XX XX
7
Neftçala
994
0153 X XX XX
021 26X XX XX
8
Ağcabədi
994
0113 X XX XX
021 27X XX XX
9
Saatlı
994
0168 X XX XX
021 28X XX XX
GƏNCƏ REGİONU - 022
1
Gəncə
994
022 5X XX XX-6X XX XX
022 25X XX XX-26X XX XX
TransEuroCom
022 28 XX XX
022 428 XX XX
2
Göygöl
994
0230 X XX XX
022 20X XX XX
3
Daşkəsən
994
0216 X XX XX
022 21X XX XX
4
Ağstafa
994
0244 X XX XX
022 22X XX XX
TransEuroCom
0244 28 XX XX
022 428 XX XX
5
Tərtər
994
0246 X XX XX
022 23X XX XX
6
Goranboy
994
0234 X XX XX
022 24X XX XX
7
Samux
994
0265 X XX XX
022 27X XX XX
8
Qazax
994
0279 X XX XX
022 29X XX XX
9
Şəmkir
994
0241 X XX XX
022 30X XX XX
10
Tovuz
994
0231 X XX XX
022 31X XX XX
11
Gədəbəy
994
0232 X XX XX
022 32X XX XX
12
Yevlax
994
0166 X XX XX
022 33X XX XX
TransEuroCom
0166 28 XX XX
022 428 XX XX
13
Naftalan
994
0255 X XX XX
022 35X XX XX
QUBA REGİONU - 023
1
Siyəzən
994
0190 X XX XX
023 30X XX XX
2
Xızı
994
0199 X XX XX
023 31X XX XX
3
Xaçmaz
994
0172 X XX XX
023 32X XX XX
4
Quba
994
0169 X XX XX
023 33X XX XX
5
Şabran
994
0115 X XX XX
023 35X XX XX
6
Qusar
994
0138 X XX XX
023 38X XX XX
ŞƏKİ REGİONU - 024
1
Qəbələ
994
0160 X XX XX
024 20X XX XX
2
Oğuz
994
0111 X XX XX
024 21X XX XX
3
Zaqatala
994
0174 X XX XX
024 22X XX XX
4
Şəki
994
0177 X XX XX
024 24X XX XX
6
Qax
994
0144 X XX XX
024 25X XX XX
5
Mingəçevir
994
0147 X XX XX
024 27X XX XX
7
Balakən
994
0119 X XX XX
024 29X XX XX
LƏNKƏRAN REGİONU - 025
1
Yardımlı
994
0175 X XX XX
025 20X XX XX
2
Masallı
994
0151 X XX XX
025 21X XX XX
3
Astara
994
0195 X XX XX
025 22X XX XX
4
Cəlilabad
994
0114 X XX XX
025 24X XX XX
5
Lənkəran
994
0171 X XX XX
025 25X XX XX
6
Lerik
994
0157 X XX XX
025 27X XX XX
7
Biləsuvar
994
0159 X XX XX
025 29X XX XX
ŞUŞA REGİONU - 026
1
Xocalı
994
0102 X XX XX
026 20X XX XX
2
Laçın
994
0146 X XX XX
026 21X XX XX
3
Xankəndi
994
0162 X XX XX
026 22X XX XX
4
Qubadlı
994
0133 X XX XX
026 23X XX XX
5
Əskəran
994
0194 X XX XX
026 24X XX XX
6
Zəngilan
994
0196 X XX XX
026 25X XX XX
7
Şuşa
994
0191 X XX XX
026 26X XX XX
8
Kəlbəcər
994
0266 X XX XX
026 27X XX XX
9
Ağdərə
994
0248 X XX XX
026 28X XX XX
10
Xocavənd
994
0149 X XX XX
026 29X XX XX
11
Hadrut
994
0112 X XX XX
026 30X XX XX
12
Füzuli
994
0141 X XX XX
026 31X XX XX
13
Ağdam
994
0192 X XX XX
026 32X XX XX
14
Cəbrayıl
994
0118 X XX XX
026 38X XX XX
NAXÇIVAN MR - 036
1
Naxçıvan
994
036 5XX XX XX

2
Naxtel şəbəkəsi üzrə
994
036 40 XX XX

3
Naxtel CDMA
994
060 540 XX XX

4
Babək
994
036 41 XX XX

5
Şərur
994
036 42 XX XX

6
Şahbuz
994
036 43 XX XX

7
Culfa
994
036 46 XX XX

8
Ordubad
994
036 47 XX XX

9
Kəngərli
994
036 48 XX XX

10
Sədərək
994
036 49 XX XX

Milli.Az

URL: http://www.milli.az/...iety/56331.html
  • 0

#333 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:52

"Qarabağ" artıq "Qalatasaray", "Latsio" və "Parma"ya da yuxarıdan aşağı baxır


04 IYUL 2011 [12:37] - MİLLİ.AZ
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 1 təmsilçisi var. Bu, Ağdamın “Qarabağ” klubudur. Hesabında 94 xal olan Qurban Qurbanovun yetirmələri 168-ci yerə şərikdir. Onlar bu mövqeni “Serkl Brügge” (Belçika), “Nitsa” (Fransa) və “Zestafoni” (Gürcüstan) klubları ilə bölüşür.

Ötən ay 215-ci olan “Qarabağ” Avroliqanın Litva “Banqa”sı ilə oyunundakı darmadağın (4:0) sayəsində 47 pilləlik sıçrayışa nail olub. Komandamızın keçdiyi klublar sırasında “Latsio”, “Parma” (hər ikisi İtaliya), “Fulhem” (İngiltərə) və 204-cü olan “Qalatasaray” (Türkiyə) da var. Hesabında 86 xal olan “Cim Bom” 194-cü pillədən 10 addım geriləyərək “Qarabağ”dan 36 mövqe aşağıdadır.

Qeyd edək ki, siyahıda ilk 3 pilləni İspaniyanın “Barselona” (317), “Real” (307) və Portuqaliyanın “Portu” (291,5) klubları tutur.

Milli.Az

URL: http://www.milli.az/...port/56314.html
  • 0

#334 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:52

Bakı mehmanxanalarında qiymətlər necədir? - SİYAHI


04 IYUL 2011 [13:39] - MİLLİ.AZ
İstirahət yalnız şən və maraqlı yox, həm də dincələn şəxsin cibinə uyğun olmalıdır.
Milli.Az xəbər portalı Day.Az saytına istinadən Bakı mehmanxanalarındakı qiymətləri təqdim edir.

Milli.Az


Mehmanxananın adı
Standart birnəfərlik nömrənin sutkalıq qiyməti
(AZN)
Xidmətlər (nömrənin qiymətinə daxildir)
1
Alp INN
90-100
Səhər yeməyi, sauna
2
ANATOLIA hotel
120

Səhər yeməyi, İnternet (wi-fi), trenajor
3
AZCOT
90
Səhər yeməyi
4
BAKU PALACE - ASCOT INN

60- 120

Səhər yeməyi
5
Baleva
80
Səhər yeməyi, İnternet
6
Buta

80

Səhər yeməyi, İnternet (wi-fi)
7
Bosfor


80

Səhər yeməyi, İnternet
8
Comfort
50



9
Elite hotel Baku

60-90

İnternet (wi-fi), sauna
10
Ambassador Hotel Baku
120
Sauna, səhər yeməyi, trenajor, İnternet (wi-fi)
11
Caspian
70-80

Səhər yeməyi, trenajor
12
EXCELSIOR Hotel Baku
250

Səhər yeməyi, İnternet, fitnes, hovuz, trenajor
13
Park INN


205
Səhər yeməyi, trenajor
14
Royal park hotel


100

Səhər yeməyi, hovuz, İnternet, avtomobil üçün park
15
OLD city


60

Səhər yeməyi, İnternet
16
ABU Arena


80

Səhər yeməyi, sauna
17
Neapol


60

Səhər yeməyi, sauna (1 saatı 30 AZN)
18
The crown hotel


180

Səhər yeməyi, trenajor, fitnes
19
Holiday INN


207


Sauna, trenajor
20
Meridian


185

İnternet, səhər yeməyi

URL: http://www.milli.az/...iety/56329.html
  • 0

#335 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 12:53

Azərbaycanda şəxsiyyət vəsiqəsini vaxtından əvvəl dəyişmək olarmı?


04 IYUL 2011 [13:49] - MİLLİ.AZ
Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini müxtəlif səğbəblərdən qanunla nəzərdə tutulmuş müddətdən əvvəl dəyişdirə bilərmi?
Milli.Az xəbər portalının məlumatına görə, bu sorğu ilə Day.Az saytına oxuculardan biri müraciət edib. Suala Bakının Nizami rayonu Polis İdarəsinin Pasport qeydiyyatı şöbəsindən cavab veriblər. Adının açıqlanmasını istəməyən şəxs deyib: «Azərbaycanda 25, 35, 50 yaşına çatmış şəxslər şəxsiyyət vəsiqələrini məcburi qaydada dəyişməlidir. Bunun üçün 2 nömrəli ərizə forması, 3 şəkil, 2 manat dövlət rüsumunun ödənildiyini göstərən qəbz təqdim olunmalıdır. Heç bir halda vəsiqənin vaxtından əvvəl dəyişdirilməsinə icazə verilmir».

Vəsiqənin müddəti bitibsə, bu zaman vətəndaş yeni vəsiqə alarkən 3-5 manat həcmində cərimə ödəməlidir.

Milli.Az

URL: http://www.milli.az/...iety/56335.html
  • 0

#336 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:10

Qadın doğanda ağlı artır?


04 IYUL 2011 [14:38] - MİLLİ.AZ
Amerikalı alimlər bunu arahdırmağa çalışıblar.
Milli.Az xəbər potalı "Health"ə istinadən bildirir ki, ABŞ-ın Stenford Universitetinin alimlərinin fikrincə, qadın ana olanda onun intellektual səviyyəsi (İQ) artır.

Araşdırmanın rəhbəri Kreyq Kinslinin dediyinə görə, bunun səbəbi təkamüldür.
"Qadın ana olandan sonra həll etməsi vacib bir sıra məsələlərlə qarşılaşır. Hamiləlik zamanı qadın bir qədər dağınıq fikirli, unutqan olur. Lakin bu, hamiləlik dövründə beyindəki dəyişikliklərlə bağlıdır. Hamilə qadın ana olandan sonra isə beyin daha effektiv, daha sürətlə işləməyə başlayır", - Kinsli deyib.

Milli.Az

URL: http://www.milli.az/...alth/56297.html
  • 0

#337 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:11

Müğənni Arzum necə ər arzulayır?


04 IYUL 2011 [16:32] - MİLLİ.AZ
Azərbaycanın populyar müğənnilərindən olan Arzum necə kişi ilə ailə qura biləcəyini açıqlayıb.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, ifaçı deyib: "Dəfələrlə zənginliyin, pulun gəldi-gedər olduğunu görmüşəm. Əsas, xarakterlərin uyğun gəlməsidir. O, mənə yaraşmalıdır. Yalnız xarici görünüşünə görə deyil, digər cəhətlərinə görə də. Xarici görünüşə gəlincə, kim istəyər ki, həyat yoldaşı eybəcər olsun? Mənim ailə qura biləcəyim şəxs ilk növbədə ailəsinə baxa bilməlidir. Həmçinin mənim sənətimi qəbul etməsi də vacibdir".

Sevdiyi şəxsin olub-olmadığına dair sualı cavablandırmaqdan imtina edən Arzum fikrini belə davam etdirib: "Mən çox emosional, özündən tez çıxanam. Ona görə də istərdim ki, o, daha sakit, sülhsevər insan olsun. Onun şou-biznesimizdən olub-olmaması o qədər də fərq eləmir. Amma istərdim ki, şou-biznesdə olmasın".

Milli.Az

URL: http://www.milli.az/...wbiz/56300.html
  • 0

#338 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:11

Bakıda "London taksisi"ndə gedişhaqqı endirildi


04 IYUL 2011 [16:16] - MİLLİ.AZ
Azərbaycan Nəqliyyat Nazirliyi "London taksiləri"ni sifariş etmək üçün telefon xidməti də açır.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu “Bakı Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rauf Orucov bildirib. "10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpik müəyyənləşdirilib", - deyə o, qeyd edib. Taksiyə oturmaqla 1 manatın ödənməsi qaydası isə qüvvədə qalır.

TX4 markalı ("London taksisi") taksiləri sifariş etmək üçün artıq hər bir şəhər sakini *9000 telefon nömrəsinə zəng etməklə, onların xidmətin istifadə edə bilər. Taksilərdən istifadə zamanı hər bir sərnişin 10 min manatlıq sığortalanır.

Milli.Az

URL: http://www.milli.az/...iety/56369.html
  • 0

#339 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:11

Eldar və Nigar daha bir mötəbər festivalda


04 IYUL 2011 [16:48] - MİLLİ.AZ
Eldar və Nigar Avropanı və Türkiyəni fəth etməkdə davam edir. ANS PRESS-in məlumatına görə, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibləri Türkiyənin və Avropanın ən böyük festivalı sayılan “Eregli” festivalına dəvət alıblar. Onlar 8-10 iyul tarixlərini əhatə edən festivalın sonuncu günündə çıxış edəcəklər.

Bu il düzənlənəcək festivalın ən çox diqqət çəkən sənətçiləri bunlardır; Ajda Pekkan, Emrə Aydın, “Cəza”, “Gecə”, Sıla, “Yüksək Sadakat”, Şəbnəm Fərah və “Eurovision” qalibləri Eldar və Nigar.

Festivala dəvət olunan sənətçilər Eregli bələdiyyəsinin apardığı önemli sorğu nəticəsində müəyyən edilir.

Qeyd edək ki, Qara dənizin ən gözəl guşəsində yerləşən Ereğlidə hər il keçirilən “Sevgi, Sülh, Dostluq Festivalı 2011”-in hər il olduğu kimi bu il də rəngarəng keçəcəyi gözlənilir. Festivala hər il yüz minlərlə insan qatılır.

Bu il Ereğli bələdiyyəsi qürbətdə yaşayan və festivala qatıla bilməyənlər üçün internet vasitəsilə canlı yayım xidməti verməyə çalışacaq.

Milli.Az

URL: http://www.milli.az/...wbiz/56388.html
  • 0

#340 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:12

Azərbaycanlı mütəxəssis: "Mən Arutyun Abramyanla birgə işləməyəcəm"


04 IYUL 2011 [16:53] - MİLLİ.AZ
İranın “Rah Ahan” klubunun azərbaycanlı yeni baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində yeni komandasından, məqsədlərindən və Tehran klubunda çalışan erməni mütəxəssisdən danışıb.

- Siz, İran klubuyla danışıqlara nə vaxtdan başlamışdınız?

- Hər şey çox tez baş verdi. Çərşənbə axşamı mənə zəng vurdular, istəklərini bildirdilər və klub haqda məlumat verdilər. Səhəri gün - iyulun 1-də isə öz nümayəndələrini Bakıya göndərdilər. “Rah Ahan” rəsmiləri ilə birgə Tehrana yollandıq. İndiyədək özümə də qaranlıq qalıb ki, onlar niyə məhz mənə üstünlük veriblər. Hər halda, danışdıq və bütün məsələlərdə razılığa gəldik. Müqavilənin şərtləri bəllidi. İyulun 7-də İrana yola düşəcəm. Səhəri gün isə bir illik müqavilə bağlayacağam. Hesab edirəm ki, İranda çalışmaq olduqca maraqlıdı. Özü də mənim qarşımda yeni komanda yaratmaq vəzifəsi qoyulub.

- Klubun şəraiti ilə tanış ola bildiniz?

- Yeni komandamın əla bazası var. Məşq üçün ehtiyat dörd meydançası var. Onlardan ikisi süni örtüyə malikdi. Ev oyunlarını keçirdiyi arena 15 min azarkeş tutumuna malikdi. Bir sözlə, şərait çox yaxşıdı. Sadəcə, işləmək qalır.

- Hələ azərbaycanlı futbolçulara dəvət göndərmək haqda düşünməmisiz?

- Hələ ki, yox. Çünki hələ özüm də yeni komandamın futbolçularından xəbərsizəm. Ona görə də bu haqda düşünmək bir qədər tezdi.

- Artıq köməkçilərinizi müəyyənləşdirmisiz?

- Mən hələlik onların razılığını almadığım üçün adlarını açıqlamaq istəməzdim. Mənim dörd köməkçim olacaq. Onlardan üçü azərbaycanlı, biri isə yerli müyəxəssis olacaq. İran çempionatı iyulun 28-də start götürəcək. Buna görə də mənim çox az vaxtım var. Mən artıq komanda üçün yoldaşlıq oyunlarına rəqib axtarmağı tapşırmışam. Üç legioner dəvət etməyi planlaşdırırıq.

- Siz bilirsiz ki, bu komandanın qapıçılarla işləyən məşqçisi Ermənistan yığmasının sabiq qapıçısı Arutyun Abramyandı?

- Xeyr. Mən onunla birgə işləməyəcəm. Axı yeni baş məşqçi mənəm və hər bir mütəxəssisin də öz məşqçi korpusu olur. Ola bilər ki, o, vaxtilə burda çalışsın. Amma indi komandanın yeni rəhbərliyi var. Cəmi 15 gün öncə bu klubu öhdəliyinə götürüb. Onlar mənimlə işləməyə qərar veriblər, mən isə istədiyim köməkçilərlə çalışacağam.

- Qarşınıza hansı vəzifə qoyulub?

- Başlanğıc üçün əsas vəzifəmiz ilk onluğa düşmək olacaq. Gələcək üçün hər şey daha da yaxşı ola bilər. Klub rəhbərliyi gələcəkdə liderlərlə mübarizə apara biləcək yeni komanda yaratmaq istəyir. Onların ideyaları xoşuma gəldi. Belə şərtlər altında istənilən məşqçiyə işləmək çox xoşdu.

- Bir müddət öncə Ramiz Məmmədov Qazaxıstanın “Atırau” klubundakı işindən imtina etməli oldu və vətənə döndü. Eyni uğursuzluqla üzləşməkdən qorxmursuz?

- İranda çalışmaq mənim ilk legioner həyatım deyil. Qroznı “Terek”ində də məşqçi kimi çalışmışam. Oyunçu kimi də müxtəlif çempionatlarda çıxış etmişəm. Düzdü, evdən kənarda çalışmaq çox çətindi. Amma bizim də işimiz belədi. Ona görə də hesab edirəm ki, məndə hər şey alınacaq. Başlıca odu ki, heç nədən qorxmayasan və özünə inanasan.

Milli.Az

URL: http://www.milli.az/...port/56370.html
  • 0

#341 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:12

Azərbaycanlı müğənni: "Qoy bu hissim heç zaman ölməsin"


04 IYUL 2011 [16:58] - MİLLİ.AZ
"Özümə xoşbəxtlik arzulayıram".
Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə hələ də ad günü münasibətilə təbriklər almaqdadır.

Milli.Az xəbər portalının məlumatına görə, o, "Trend Life"a açıqlamasında özünün özünə arzularını dilə gətirib. Əvvəlcə ad gününü qeyd etmək niyyətində olmadığını deyən Sevda Ələkbərzadənin sözlərinə görə, dostlarının israrından sonra fikrini dəyişib.

Özü üçün arzularına gəlincə, ifaçı deyib: "Özümə xoşbəxtlik arzulayıram. Bu sözdə hər şey var. Özümə, doğmalarıma, yaxınlarıma, dostlarıma can sağlığı arzulayıram. Özümə öz üzərimdə işləməyi, heç zaman əldə etdiyimlə qənaətlənməməyi arzu edirəm. İstənilən halda, insan öz üzərində işləməli, yeni zirvələr fəth etməyə çalışmalı, yeniliklər axtarmalıdır. Arzu edirəm ki, bu hissim heç zaman ölməsin".

Milli.Az

URL: http://www.milli.az/...wbiz/56374.html
  • 0

#342 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:13

Azərbaycanın ən yaxşı teleaparıcı cütlükləri - FOTOSESSİYA


04 IYUL 2011 [17:30] - MİLLİ.AZ
"Trend Life" Azərbaycanın teleaparıcılardan ibarət ən yaxşı duetlərinin reytinqini müəyyənləşdirib.
Milli.Az xəbər portalının məlumatına görə, reytinqdə Space TV-nin aparıcısı Əkbər Əlizadənin Lətafət Ələkbərova və Günel Həsənzadə ilə duetləri, Lider TV-nin Murad-Novruz cütlüyü, ANS TV-də "Toy olsun" verilişini aparan Elgiz Əkbər və Ülvira Qarayeva dueti, Cavid Gül-Xəyalə Manaflı cütlüyü, Firdovsi Atakişiyevin Xədicə Sənanqızı ilə dueti var.

Hüsniyyə Məhərrəmova-Azər Aslan, Zabir Əliyev-Lalə Mustafayeva, Sabir Ələkbərov-Rövşanə Bektaşi, Rahib Qərib-Gita İsmayılqızı, Ramin Hacıyev-Rəşad Kərimov, Sevinc Ağaşirinova-Samir Bayramlı, Azər-Vüsalə İsmayılova duetləri də reytinqdə yer alıb.

Milli.Az

URL: http://www.milli.az/...otos/56392.html
  • 0

#343 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:13

Ajda Pekkan Namiq Qaraçuxurlunun mahnısını oxudu - VİDEO


04 IYUL 2011 [17:58] - MİLLİ.AZ
Türkiyənin super-starı Ajda Pekkan yeni albomuna xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. ANS PRESS-in məlumatına görə, söhbət meyxanaçı Namiq Qaraçuxurlunun “Yenə tək” mahnısından gedir.

Mahnının sözləri N.Qaraçuxurlunun, musiqisi isə Minayə xanıma məxsusdur.

Ajda Pekkan mahnını yeni albomuna daxil edəcəyini bildirib.

Milli.Az

URL: http://www.milli.az/...ideo/56403.html
  • 0

#344 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 04 July 2011 - 19:13

Bu şəhərdə arvad boşamaq çox asandır


04 IYUL 2011 [19:14] - MİLLİ.AZ
Ər arvadına SMS yollayıb boşana bilər.
Milli.Az xəbər portalı "Emarat El Yevm"ə istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ötən il müsəlmanlar arasındakı 555 boşanmanın 150-si mobil telefonlarla göndərilən qısa mesajlar (SMS) vasitəsilə olub.

Dubay Şəhər Məhkəməsinin vətəndaşlıq vəziyyətləri idarəsinin rəhbəri Məhəmməd Əbdül Rəhmanın dediyinə görə, SMS vasitəsilə boşanmalar BƏƏ-də qanunidir, amma onlar məhkəmədə təsdiqlənməlidir.

"Dubayda qadınlar boşanma xəbərini SMS vasitəsilə alandan sonra məhkəməyə üz tutur, məhkəmə də ərdən bu qərarın səbəbini soruşaraq prosesə başlayır. Şəriətə görə, kişi arvadına üç dəfə "Boşanıram!" ("Talaq!") deyəndən sonra qadınla boşanmış sayılır. Lakin müsəlman qadın ərindən belə boşana bilməz", - Əbdül Rəhman söyləyib.

Dubaylı vəkil Rəşid Tahluk isə bildirib ki, BƏƏ-dəki nikahların tam əksəriyyəti İslam qayda-qanunlarına əsasən olduğu kimi, boşanmalar da həmin qaydalar çərçivəsindədir.

"Boşanma ilə bağlı SMS və ya e-mail hər zaman keçərli deyil. Çünki qadına həmin mesajı əri yox, başqa bir adam da yollaya bilər", - vəkil söyləyib.

Milli.Az

URL: http://www.milli.az/...rest/56334.html
  • 0

#345 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:20

Azərbaycan qrupu ilə müğənni arasında qalmaqal start götürür


05 IYUL 2011 [09:00] - MİLLİ.AZ
"Onunla əməkdaşlığımız pozulub".
Xeyli zamandır əməkdaşlıq edən “Klan-a-plan” rep qrupu ilə Roza Zərgərlinin iş birliyi başa çatıb. Bu barədə Day.Az Radiosunda Murad Arifin təqdimatında yayımlanan “Həftənin onluğu” verilişində qonaq olan “Klan-a-plan” qrupun üzvləri deyib: “Roza ilə əməkdaşlığımız pozulub. Qrupumuzun üzvü mərhum Rüfətlə Roza Zərgərlinin sıx iş birliyi olub. Rüfət dünyasını dəyişəndən sonra o, bizə yaxınlıq göstərdi. Onda bizim üçün çox ağır günlər idi və yanımıza gələn hər kəsi özümüzə sözün əsl mənasında yaxın bildik. Nə bilək, bitdi də”.

Qrup üzvləri iddia edir ki, onların sözügedən müğənni ilə “İki nəfərlik stol” mahnısını Roza zəif ifa edib: “Biz o mahnını Natəvan Həbibi ilə oxumalı idik. Amma Natəvan xanım oxumadı. Biz isə Roza xanımla ifa etdik. Düzü, təşəbbüskar da o idi”.

Milli.Az xəbər portalına açıqlama verən Roza Zərgərli isə məsələyə başqa tərəfdən yanaşdı: “Əgər kimsə özünə qalmaqalla reklam qazanmaq istəyirsə, öz problemidir. Mən bu işdə yoxam. Başım sənətimə qarışıb, yaradıcılıq işləri ilə məşğulam. Qalmaqalda mən yoxam, olmayacam da. Qalanı “Klan-a-plan”ın öz işidir. Qalmaqal etmək istəyirlər, gedib taylarını tapsınlar.

Əgər onlar deyiblərsə korlanıb, qoy korlansın. Duet oxuduğum insanlar indi belə deyirlərsə, demək, günah mənim özümdə olub. Çünki mən o səviyyəli insanlarla duet oxumuşam. Bu haqda heç bir şərh vermək istəmirəm. Onlar kişidir, mən qadın” - deyə Roza münasibət bildirib.

Mələk
Milli.Az

URL: http://www.milli.az/...wbiz/56415.html
  • 0

#346 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:20

Bakının küçə və prospektlərində yeniliklər - FOTO


05 IYUL 2011 [09:15] - MİLLİ.AZ
"Cib"lər sürücülərin cibinə zərər vuracaq...
Bakının küçə və prospektlərində yeniliklərə rast gəlinir. Milli.Az xəbər portalının məlumatına görə, yolların kənarında sarı rəngli ziqzaqşəkilli xətlənmiş sahələr yaradılıb. Xətlənmiş sahənin altındakı “BUS” sözünü həmin ərazinin avtobuslar üçün nəzərdə tutulması kimi təxmin etdik.

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Milli.Az xəbər portalına bildirdi ki, həmin sahələr avtobuslar üçün nəzərdə tutulmuş “cib”lərdir.

Onun sözlərinə görə, hazırda Bakının müxtəlif yerlərində “cib”lər tikilir. Yaxın vaxtlarda paytaxtda yüzlərlə belə “cib” olacaq. “Cib”lər iki tipdədir: “BUS” yazılan yerlərdə yalnız avtobuslar dayana biləcək, heç bir söz yazılmayan “cib”lərdə isə istənilən başqa avtomobili saxlamaq mümkün olacaq. Digər avtomobillər avtobusların “cib”lərini “zəbt” etsələr, o dəqiqə cərimə olunacaqlar. Bu məsələlər Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyinin birgə razılaşmaları əsasında həyata keçiriləcək.

N.Həsənov sonda qeyd etdi ki, intellektual nəqliyyat sistemi işə düşəndən sonra nəqliyyatda rast gəlinən bir çox neqativ hallara son qoyulacağı güman olunur. Gediş haqqının ödənilməsi sisteminin təkmilləşdirilməsi də nəzərdə tutulub, ola bilsin ki, tezliklə konduktor peşəsi ümumiyyətlə, ləğv olunsun. Problemlərin həllində vətəndaşlardan da anlayış gözləyən N.Həsənov, həm sürücüləri, həm də sərnişinləri bir az məsuliyyətli olmağa, dövlətin malına xor baxmamağa çağırdı.

Anar Məmmədov
Milli.Az

URL: http://www.milli.az/...iety/56390.html
  • 0

#347 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:20

Tanınmış azərbaycanlı müğənni: “O, ən dəli stilistdir”


05 IYUL 2011 [09:30] - MİLLİ.AZ
Kiqboksinq üzrə 7 qat dünya çempionu azərbaycanlı müğənnini hər ay 5 kilo arıqladacaq...
Azərbaycanın tanınmış stilisti Samir Əliyev Milli.Az xəbər portalına müsahibəsində yerli şou-biznesin bəzi üzvlərini zövqsüzlükdə qınadı. Kişi müğənnilərdən söz düşən zaman isə o, lap qəzəbləndi: “Nə danışırsız? Bizdə zövqlü kişi müğənni yoxdur” - deyə bildirdi.

Stilistdən Rəhim Rəhimlinin zövqlü olduğunu soruşan zaman o, belə cavab verdi: “Onun harası zövqlüdür? Onun geyimlərini görmüsünüz? Axrıncı dəfə Rəhimin qarnını görəndə, şoka düşdüm. Bu insan niyə bu boyda qarın buraxır? Onu çox istəyirəm. Amma belə olmaz”.

Stilistin bu sözlərindən xəbər tutan Rəhim portalımız vasitəsi ilə ona cavab verdi: “Əslində, Samirin sözlərində həqiqət var. Çünki mən doğrudan da kökəlmişəm. Buna səbəb isə səhhətimdə olan problemdir. Amma bu gündən etibarən idmana başlayıram. Artıq çəkidən və qarından azad olmaq üçün mənə kiqboksinq üzrə 7 qat dünya çempionu, yaxın dostum Eduard Məmmədov kömək edəcək. O, söz verib ki, məni hər ay 5 kilo arıqladacaq”.

Rəhim, Samirin onu zövqsüz adlandırmasının səbəbini də açıqladı: “Qarını qoyduq bir qırağa. Əslində Samirin mənə zövqsüz deməsinin bir səbəbi var. Mən onun ad gününə getməmişəm. Doğrudan gedə bilmədim, vaxtım olmadı. O da məndən inciyib və məni zövqsüz adlandırıb.

Amma xatırlatmaq istəyirəm ki, Samirin ad günündən 1 həftə əvvəl mən onunla canlı efirdə idim. Aparıcının “ən zövqlü kişi müğənnisi kimdir” sualına Samir “Rəhim Rəhimli” deyə cavab verdi və məni də təriflədi. Ancaq indi başqa sözlər danışır. Əslində mən də Samirin xətrini çox istəyirəm”.

Rəhim açıqlamasında Samirlə bağlı bəzi hadisələri də yada saldı: “Röya mənə dedi ki, saçımı dəlilər kimi kəsdirmək istəyirəm və bunun üçün ən dəli stilist gəlsin. Mən də Samiri çağırdım. Çünki Samir ən dəli stilistdir. Bir də ki, sözün düzü, o, əsl iş görür. Axı o, Azərbaycan şou-biznesinin ən ekstravaqant stilistidir" - deyə Rəhim əlavə etdi.

Mələk
Milli.Az

URL: http://www.milli.az/...wbiz/56401.html
  • 0

#348 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:21

Ailə planlaması vacibdirmi? - FOTO


05 IYUL 2011 [09:45] - MİLLİ.AZ
Həkim: “İnsanlar ailə planlamasından çəkinirlər, bəhanələrin nəticəsi isə ağır olur”
Zəmanəmizin demək olar ki, əsas problemlərindən birinə çevrilən ailə planlaşdırılması məsələsi bütün ölkələrdə gündəmdə olan məsələdir. İndi mütəxəssislər insanlara bunun önəmini, gərəyini və nəticəsini anladırlar. Dinləyib əməl edən də var, “eh...” deyib əlini yelləyən də.

Bu dəfə Milli.Az ailə planlaşdırılmasından söhbət açır.

Ailənin planlaşdırılması necə olur?

Ailələrin istənilən sayda uşaq sahibi ola bilmələri üçün tətbiq olunan üsullara “ailə planlaşdırılması” deyilir. Planlaşdırmanın nəyə yaradığını düşünənlər olacaq aramızda, təbiidir. Öncəliklə qeyd edək ki, ailə planlaşdırılması doğumun qarşısını almaq, sonsuzluq yaratmaq kimi bir şey deyil. Ailə planlaşdırılması, bir növ, nəzarət altında olan doğum deməkdir.

Ailə planlaşdırılması ailədəki insanların sayını məhdudlaşdırmaq demək deyil. Bu, o deməkdir ki, ananın və doğulacaq körpənin sağlamlığı maksimum düşünülür. Bu, istədiyin vaxt uşaq sahibi olmaq arzusunun gerçəkləşməsidir.

Əgər konkret olaraq maddələrlə sıralamaq lazım gəlsəydi, o zaman ailə planlaşdırılması məsələsini bu cür açıqlamaq olardı:

• İnsanları övlad sağlamlığı mövzusunda bilgiləndirmək;
• Ana ölümlərinin qarşısını almaq və sağlamlığını qorumaq;
• Körpələrin sağlam doğulmalarını və yaşamalarını təmin etmək;
• Yüksək riskli hamiləliklərin qarşısını almaq;
• Arzu olunmayan hamiləlikləri önləmək;
• Uşaq sahibi olmaq istəyənləri tibbi köməklə təmin;
• Valideynləri ailə planlaşdırılmasının vasitələri ilə tanış etmək;
• Daha gənc və ya ahıl yaşda istənilməyən hamiləliyin qarşısını almaq.

Ailə planlaşdırılması barədə seminarlar

Məlumat üçün deyək ki, indi bir çox ölkədə ailə planlaşdırılması ilə bağlı pulsuz seminar və treninqlər keçirilir. Subay və ya yeni ailə quran gənclər, artıq övladı olan ailələr belə bu treninqlərdə iştirak edirlər. Türkiyədə səhiyyə nazirliyinin bu sahədə xüsusi layihəsi də var, orada ailə planlaşdırılması mərkəzləri fəaliyyət göstərir, bu mərkəzlərdə, doğum evlərində ailə planlamasını həyata keçirmək üçün qoruyucu vasitələr də ödənişsiz paylanır.

Həkimlər bildirirlər ki, doğumlar arasında minimum, 2 il müddət olmalıdır. Əgər birinci uşaqla ikinci uşağın arasındakı zaman bu qədər olmazsa, uşağın və ananın həyatında təhlükə yarana bilər. Bu cür hamiləlikdən doğulan uşaqların azçəkili, fiziki qüsurlu olmaları ehtimalı böyüyür, bəzi hallarda ölüm səbəbləri də məhz bu olur.

Ailə planlaşdırılması üsulları həm qədim dövrün sınanmış üsulları, həm də müasir vasitələr ola bilər. Həkimlər bunu əsasən belə qruplaşdırırlar:

• Prezervativlər;
• Qoruyucu kremlər və preparatlar;
• Uşaqlıqdaxili spirallar.

“Həkimlər sehrbaz deyil”

Həkim-ginekoloq Aida Rzayeva deyir ki, ailə planlaşdırılması həkimlərin ən cox narahatlıq duyduğu mövzudur. Həkimin sözlərinə görə çox vaxt qadınlar hamiləliklərinin arasında bir ildən də az müddət qoyurlar və sonra da hamiləlikdə və ya doğulan körpədə bir problem olanda həkimdən şikayət edirlər:

“Bütün pasiyentlərimizə xəbərdarlıq edirik ki, əgər ilk övladını normal doğuşla dünyaya gətiribsə, ikinci hamiləlik iki ildən tez olmamalıdır. Yox, əgər qadın keysər əməliyyatı yolu ilə hamiləlikdən azad olubsa, o zaman ikinci uşaq yalnız 3 ildən sonra doğula bilər. Buna əməl edilməyəndə isə olduqca böyük problemlər yaranır. Həkim nə sehrbazdır, nə də ilahi qüvvə, o vəziyyətdə bizim də əlimizdən bir şey gəlmir”.

Aida Rzayeva deyir ki, ailə planlaşdırılması üçün gərəkli üsullardan çox qadın çəkinir: “Qadınlar bəhanə edir ki, qorxuram, narahat oluram və ya həyat yoldaşım razı deyil. Onlar elə hesab edirlər ki, bu vasitələr sağlamlığa və ya gələcəkdə doğulacaq olan körpələrinə zərər verir. Əksinə, bu vasitələr həm sağlamlıq baxımından yararlıdır, həm də gələcək körpənin səhhəti baxımından. Tez-tez abort stuluna çıxan qadınlar bilmir ki, uşaqlığın divarı tibbi alətlərlə zədələnəndə gələcək hamiləlikdə problem olur və hətta yarımçıq doğuş, qusurlu uşaqlar olur”.

Qadınlar məcbur edilir...

Bizim toplumun qadınları ailə planlaması barədə olduqca az məlumata malikdirlər. Bilən qisim az olmaqla yanaşı, daha çox paytaxtda və ölkənin digər böyük şəhərlərində qərar tutanlardır. Regionlarda nisbətən az qadın bu barədə məlumata malikdir. Məlumatı olan və bunu etmək istəyən qadınlar da bəzən ailənin qınağı ilə üzləşir.

Bir və ya iki uşaqla kifayətlənmək istəyən qadın, bunu ailədə söyləyəndə, ailə böyükləri qəti etiraz edir. Qadın bunun həkim məsləhəti olduğunu desə də vəziyyət dəyişmir. Belə ailələrdə qadınlar ən azı, 3 uşaq dünyaya gətirməyə məcburdur. Hələ uşaqlar qız olsa, məsələ daha da qəlizləşir: ya abort, ya da oğlan olana qədər doğmağa davam...

Sonda məlumat üçün qeyd edək ki, Beynəlxalq Ailə Planlaşdırılması Federasiyasının 1995-ci ildə qəbul etdiyi “Nəsil artırma və cinsi haqlar” haqqında bildirişə görə, bütün qadınların nəsilartırma zamanı sağlamlığının qorunması üçün bütün gərəkli vasitələrdən istifadə etmək hüququ var. Eləcə də bildirişə görə qadınların ailə planlaması haqqında gərəkli bilgi ilə təmin olunması da zəruridir.

Lalə Mehralı
Milli.Az

URL: http://www.milli.az/...iety/51788.html
  • 0

#349 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:21

Azərbaycanlı bəstəkarın əri onun rəfiqəsi ilə görüşürmüş!


05 IYUL 2011 [10:49] - MİLLİ.AZ
"20 il dostluq etdiyim rəfiqəm və gözəl qız hədiyyə etdiyim ərim birdən-birə…"
Populyar bəstəkar Gövhər Həsənzadə şəxsi həyatında baş vermiş şok hadisə haqda danışıb.

Milli.Az xəbər portalının məlumatına görə, Day.Az saytına müsahibəsində o, 2008-ci ildə birdən-birə 2 ən yaxın insanını itirdiyini söyləyib:

"Ərimi və rəfiqəmi itirdim. Bu, hansısa bədbəxt hadisə və ya kataklizmin yox, insan satqınlığının və əclaflığının nəticəsi idi. 20 il dostluq etdiyim rəfiqəm və gözəl qız hədiyyə etdiyim ərim birdən-birə… Daim rəfiqəmin qeydinə qalır, şəxsi həyatı olmadığı üçün narahat olurdum. Yaxınlarm deyirdilər ki, hər kəs taleyinə görə özü cavabdehdir, ona görə özünü öldürmə və sair… Daim bu fikri deyən ilk insan isə ərim idi. Rəfiqəmsə ərimin mənə layiq olmadığını söyləyirdi. 3 ay sonra onların birgə olduqlarını bildikdə şoka düşdüm".

G.Həsənzadə artıq hansısa ər-arvadın xoşbəxt olduğunu eşitdikdə buna inanmır. "Yəqin mənə həmin hadisə belə təsir göstərib. Mən ideal həyat yoldaşı idim. Ərimi heç zaman qısqanmır, yoxlamır, güdmür, SMS-lərini oxumurdum", - deyə o, qeyd edib: "Onlardan niyə belə etdiklərini də soruşmamışm. Əgər bu suala özüm cavab tapa bilməmişəmsə, çətin ki, onlar da bu sualı cavablandıra bilsinlər".

Milli.Az

URL: http://www.milli.az/...wbiz/56466.html
  • 0

#350 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:21

Bakıda mənzil kirayələmək neçəyədir? - SİYAHI


05 IYUL 2011 [11:05] - MİLLİ.AZ
Bu gün Bakıda kirayə ev axtaran insanların sayı kifayət qədərdir.
Paytaxtda kirayə mənzillərin qiyməti evin yerləşdiyi məkan, otaqların sayı, təmir səivyyəsi və sairə görə dəyişir.
Milli.Az xəbər portalı Day.Az saytına istinadən Bakının müxtəlif yerlərində kirayə evlərin qiymətlərini təqdim edir.

Milli.Az


Mənzilin yerləşdiyi məkan
Otaqların sayı
1 aylıq kirayə qiyməti
(AZN)
1
Metronun «Əhmədli» stansiyasının ətrafı
2
230-250
2
3-cü mikrorayon
2
250-300
3
Metronun «Elmlər Akademiyası» stansiyasının ətrafı
3
500-550
4
Metronun «20 yanvar» stansiyasının ətrafı
3
300-350
5
Metronun «İnşaatçılar» stansiyasının ətrafı
2
350
6
«Beşmərtə»nin ətrafı
1
300
7
Bülbül prospekti
2
700
8
Metronun «Nizami» stansiyasının ətrafı
2
800
9
9-cu mikrorayon
1
200-220
10
Metronun «M.Əzizbəyov» stansiyasının ətrafı
1
200-250
11
«Azneft» meydanının ətrafı
1
400
12
Qaqarin körpüsünün ətrafı
2
500
13
«Günrəşli» qəsəbəsi
1
200
14
Metronun «28 may» stansiyasının ətrafı
2
400-450
15
Metronun «Gənclik» stansiyasının ətrafı
3
500-600

URL: http://www.milli.az/...iety/56477.html
  • 0

#351 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:22

Azərbaycanın “Evrovision 2011”dəki qələbəsi marka oldu - FOTO


05 IYUL 2011 [12:17] - MİLLİ.AZ
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın “Eurovision 2011” mahnı müsabiqəsində qələbəsinə həsr edilmiş poçt markası təqdim edib. Müsabiqədə qalib gəlmiş Eldar Qasımov və Nigar Camalın fotoşəkillərinin əks olunduğu poçt vərəqi 15 minlik tirajla buraxılıb. Markanın nominal dəyəri isə 1 manat təşkil edir.

Xatırladaq ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” mahnı müsabiqəsində 43 ölkə arasında azərbaycanlı duet Eldar Qasımov və Nigar Camal birinci yeri əldə edərək qələbə qazanıb.

Milli.Az

URL: http://www.milli.az/...tech/56515.html
  • 0

#352 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:22

Azərbaycanda 40 dərəcə isti olacaq


05 IYUL 2011 [11:50] - MİLLİ.AZ
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sabah 40 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında isə sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 30-35 dərəcə təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Yaxın 2 gündə hava şəraitinin yağmursuz keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi, sonrakı gündə cənub küləyi ilə əvəz olunacağı, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Milli.Az

URL: http://www.milli.az/...iety/56501.html
  • 0

#353 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:22

Bakıda məktəbli formasını haradan almaq olar? - SİYAHI


05 IYUL 2011 [12:09] - MİLLİ.AZ
Yeni tədris ilinə hazırlıq indidən başlayıb.
Milli.Az xəbər portalın Day.Az saytına istinadən verdiyi məlumata görə, övladlarına məktəbli forması almalı olan valideynlər onu bir neçə yerdən əldə edə bilər.
Bakı Tikiş Fabrikinin satış şöbəsinin rəisi Etibar Əzimov deyib ki, hazırda orta məktəb şagirdləri üçün 110 min forma tikilib. Bu ilin sonunadək daha 100 min formanın tikilməsi nəzərdə tutulub. Ölçüsü qeyri-standart olan şagirdlərin valideynləri Bakı Tikiş Fabrikinə müraciət edərək, lazım olan ölçüdə forma tikişini sifariş edə bilər.

Məktəbli forması almaq istəyənlər bu ünvanlara müraciət edə bilər:

1. Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 113 (tel. 567-45-39, 567-42-95);
2. Binəqədi rayonu, Azadlıq prospekti, 185 (tel. 562-00-01);
3. Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 (tel: 431-43-09);
4. Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 55 (tel: 433-27-38);
5. Xəzər rayonu, Binə qəsəbəsi, Kolxoz küçəsi, 1 (274 saylı məktəbin yaxınlığı);
6. Sabunu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 17 (tel: 425-36-76);
7. Qaradağ rayonu, Sahil qəsəbəsi, «Yeni Sahil» ticarət mərkəzi, 2-ci mərtəbə (tel: (050) 318-34-08);
8. Xətai rayonu, Fəhlə prospekti, «AMAY» ticarət mərkəzi (tel: 598-83-06);
9. Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 65, metronun «Qara Qarayev» stansiyasının yaxınlığı (tel: 520-02-31);
10. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 11 (tel: (050) 211-53-63).

Milli.Az

URL: http://www.milli.az/...iety/56506.html
  • 0

#354 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:23

“Azəri top model”də azərbaycanlı müğənnini təəccübləndirən nə oldu? - FOTOSESSİYA


05 IYUL 2011 [12:26] - MİLLİ.AZ
Dünən 19 model xanımın iştirakı ilə “Azəri Top Model" müsabiqəsi keçirildi.
Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 19 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin - modellər Matthev Vilyams, Yohn Roşa, Prinsiplis bai Ben de Lisi, Yulien Makdonald, Collectien, Red Herrinq, Yasper Konran geyim kolleksiyalarını nümayiş etdirdilər. Lirik instrumental musiqinin müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Nəzərinizə çatdıraq ki, geyimləri “Debenhams” geyim mağazası təqdim edib.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, “Pasaj” jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, geyim üzrə stilist Aygün xanım, müğənni və model Züleyxa Akçurina və bu dəfəki verilişdə müğənni Aysel Teymurzadə münsiflər heyətini təmsil edirdilər.

Müsabiqə zamanı müğənni Aysel Teymurzadə repertuarında yer alan mahnısı ilə yanaşı, yeni “Tonight” mahnısını ilk dəfə “Azəri top model”də ifa etdi. Bundan başqa, əməkdar artist Sevda Ələkbərzadə və teleaparıcı Zabir Əliyev də repertuarında yer alan mahnılarını oxudular.

Onu da qeyd edək ki, dünənki veriliş müğənni Sevda Ələkbərzadənin ad gününə təsadüf etdiyindən, aparıcı Firdovsi Atakişiyev və müğənni Emma Ələkbərzadə bacısına gözlənilməz dəqiqələr yaşatdı. Belə ki, E.Ələkbərzadənin ifası ilə hazırlanan fotosessiyalardan ibarət video-çarx Sevdaya nümayiş olunaraq, həyəcanlı məqamlar yaşatdı. Video-çarxda Sevdanın uşaqlıq illəri ilə yanaşı, həyat və yaradıcılığını əks etdirən fotolar yer almışdı.

Teleaparıcı Zabir Əliyev də rəqqas İlham Kərimlinin rəhbərlik etdiyi “Mayuri” qızlardan ibarət rəqs qrupunun müşayiəti ilə səhnədə özünəməxsus tərzdə mahnısını ifa etdi.

Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Vüsal Verdiyevin hazırladığı fotossesiyası təqdim olundu.

Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi model Maya Cəfərova, ikincisi Elvira Rüstəmova və üçüncüsü Ləman Əlizadə oldu. Müsabiqəni tərk edən isə model Leyla Əliyeva oldu. Münsiflər model Leyla Əliyevanın potensialına bələd olduğu üçün müsabiqəni tərk etməsinə təəssüfləndilər.

Ümumiyyətlə, veriliş zamanı aparıcı Firdovsi Atakişiyev zarafatlarıyla qonaqların marağına səbəb olurdu.

Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın “Nuray” qadın ətri hədiyyə olunurdu.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da “Lider” televiziyasında keçirilir. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsiylə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri ilə zəngin olacaq.

Layihənin baş sponsoru "Nissan-Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:

Cəfərova Maya
Rüstəmova Elvira
Əlizadə Ləman
Klimova Yuliya
Eyyubova Diana
Əbilova Gülnar
Ramazanova Nərminə
Rzayeva Təranə
Əliyeva Çinarə
Rizayeva Oksana
Arsentyeva Olqa
Allahverdiyeva Səbinə
Cavadova Səbinə
Şevçenko Aleksandra
Rəcəbova Samirə
Abdullayeva Nahidə
Həsənova Xana
Nəzərova Qərənfil
Əliyeva Leyla

Fuad Mədətov
Milli.Az

URL: http://www.milli.az/...otos/56499.html
  • 0

#355 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:24

Dmitri Çerışev: "Vaqif Cavadovun transferini mən yox, klub rəhbərliyi həll edib"


05 IYUL 2011 [12:30] - MİLLİ.AZ
Rusiyanın “Volqa” klubunun baş məşqçisi Dmitri Çerışev azerisport.az saytına müsahibəsində yeni transferləri olan Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovdan danışıb.

- Vaqif Cavadovun transferinin təşəbbüskarı siz olmusuz?

- Düzünü desəm, mənim Vaqiflə bağlı az informasiyam var. Onun transferini klub rəhbərliyi həyata keçirib. Prinsipcə, mən onun iştirakıyla bir neçə oyununa baxmışam və texnikası, sürəti xoşuma gəlib. İstənilən halda o, CSKA-nın yetirməsidi və bu, çox şeydən xəbər verir. Düşünürəm ki, Cavadov ümidlərimizi doğruldacaq.

- Transferə kimi onun barəsində heç nə bilmirdiz?

- Xeyr. Amma əvəzində transferdən sonra diqqətlə izləməyə başlamışam. Mənə onun Azərbaycan yığmasının, “Bakı” və “Qarabağ”ın heyətindəki oyunlarının videoyazısını çatdırdılar. Həmçinin onunla hələ CSKA-da çalışmış məşqçilərlə söhbətləşdim. Onun “Volqa”ya transferi yeni bir şansdı.

- Vaqifin “Twente”dəki karyerasının uğursuz alınması sizi narahat etmir?

- Qorxulu heç nə yoxdu. Oyunçu öz üzərində işləməyə və zamanını gözləməyə borcludu. O, Rusiya yığmasına qol vurubsa, bu, nədənsə xəbər verir. Biz ulduz oyunçu almamışıq, amma texnikalı, inkişaf etməyi arzulayan oyunçu transfer etmişik. Bu, bizə kifayətdi.

- Ötən mövsüm Azərbaycan yığmasının daha bir üzvü – Mahir Şükürov da “Anji”də çıxış edirdi. Siz, onu xatırlayırsız?

- Bəli, əlbəttə. Mən onun haqda eşitmişəm. Ümumiyyətlə, sizin futbolçular haqda mənə çoxlu xoş sözlər deyirlər. Hələ Sovet dönəmində Azərbaycan futbolu öz texnikası ilə seçilirdi, “Neftçi” isə ən yaxşı nümunələrdən hesab olunurdu.

- Vaqifin “Volqa”da özünü göstərmək şansları nə dərəcədə yüksəkdi?

- Cavadovun burda bir çox üstünlükləri var. Məsələn, o, dili bilir. Elə təkcə bu, futbolçunun komandaya daha tez uyğunlaşmasına şərait yaradacaq. Qalan şeylər isə onun özündən asılı olacaq.

- Komandanızın qarşısına hansı vəzifə qoyulub?

- Hələlik mən bunu mətbuata açıqlaya bilmərəm.

Milli.Az

URL: http://www.milli.az/...port/56474.html
  • 0

#356 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:24

Türkiyəli müğənni yarıçılpaq fotolarını yaydı - FOTO


05 IYUL 2011 [12:32] - MİLLİ.AZ
“Twitter”ə çılpaq fotolarını yerləşdirən məşhurların karvanına türkiyəli müğənni Hilal Cebeci də qoşulub. O, yatağa girməzdən əvvəl çəkdiyi fotolarını öz səhifəsinə yerləşdirib.

Milli.Az

URL: http://www.milli.az/...rest/56497.html
  • 0

#357 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:25

Məşhur teleaparıcı hovuzu Xəzərdən üstün tutur - FOTOSESSİYA


05 IYUL 2011 [12:34] - MİLLİ.AZ
Lider TV-nin «Kim? Harada? Necə?» verilişinin aparıcısı Ramin İbrahimov yayda Xəzər dənizində çimməkdənsə, hovuzda sərinləməyi üstün tutur.
Milli.Az xəbər portalının «Trent Life»a istinadən verdiyi məlumata görə, o, bunu hovuzda suyun daha təmiz olması ilə izah edir: «Burada hansısa infeksiyaya yoluxmaq təhlükəsi daha azdır».

Milli.Az

URL: http://www.milli.az/...wbiz/56469.html
  • 0

#358 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:25

Musiqi festivalında lüt intihar - FOTO


05 IYUL 2011 [12:40] - MİLLİ.AZ
Faciə Danimarkada baş verib.
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, Danimarkada keçirilən "Roskilde" musiqi festivalında 30 metr hündürlüyündəki qüllədən lüt qadın yıxılaraq ölüb.

Polisin verdiyi məlumata görə, qadının intihar etdiyi istisna olunmur.

Bu il 75 min nəfərin qatıldığı, Danimarkanın ən böyük rok festivalı olan "Roskilde"nin finalında teleferik qüllədən yıxılan qadının 35 yaşlı olduğu deyilir. Festivala gələnlər bu qülləyə çıxıb iplə aşağı düşə bilirdilər. Lakin lüt qadın ipdən tutmaq əvəzinə, özünü aşağı atıb.

Milli.Az

URL: http://www.milli.az/...rest/56519.html
  • 0

#359 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:25

Azərbaycanlı müğənni evlənməyə hazırlaşır


05 IYUL 2011 [12:54] - MİLLİ.AZ
Gənc müğənni Emil Bədəlovdan xanım pərəstişkarlarına pis xəbər var.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, tezliklə subaylığın daşını atacaq.

Ailə quracağı 24 yaşlı qızın atasının xalq artisti olduğunu deyən Emin Bədəlov başqa detalları açıqlamayıb: "Qızın şou-biznesə heç bir aidiyyatı yoxdur".

Müğənni qızı ilk dəfə harada gördüyünə dair sualı da cavablandırıb: "Onu meyxanaçı Vüqarın konsertində görmüşəm. Razılığını almaq üçün çox çalışdım və artıq bir həftə sonra "həri" olacaq".

Milli.Az

URL: http://www.milli.az/...wbiz/56483.html
  • 0

#360 sheva1975

sheva1975

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 171 posts
  • Offline

Posted 05 July 2011 - 12:26

Şərab, nəşə, ümidsiz gün: süzür, içir... - VİDEO-TƏRCÜMƏ


05 IYUL 2011 [13:00] - MİLLİ.AZ
Milli.Az xəbər portalı sizə ən populyar mahnıları, onların orijinal ifadakı mətnini və həmin mətnin dilimizə tərcüməsini təqdim edir.
Bruno Mars - Liquor Store Blues (feat. Damian Marley) - original

Standing at this liquor store
Whiskey coming through my pores
Feeling like I run this whole block
Lotto tickets and cheap beer
That's why you can catch me here
Tryna scratch my way up to the top

Cause my job got me going nowhere
So I ain't got a thing to lose
Take me to a place where I don't care
This is me and my liquor store blues

I'll take one shot for my pain
One drag for my sorrow
Get messed up today
I'll be okay tomorrow

One shot for my pain
One drag for my sorrow
Get messed up today
I'll be okay tomorrow

Me and my guitar tonight
Singing to the city lights
Tryna live on more than what I got
Cause '68 Citrus
Ain't gonna pay the rent so
I'll be out here til they call the cops

Cause my job got me going nowhere
So I ain't got a thing to lose
Take me to a place where I don't care
This is me and my liquor store blues

I'll take one shot for my pain
One drag for my sorrow
Get messed up today
I'll be okay tomorrow

One shot for my pain
One drag for my sorrow
Get messed up today
I'll be okay tomorrow

[Damian Marley:]
Here comes Junior Gong
I'm flying high like superman
And thinkin that I run the whole block
I don't know if it's just because
Pineapple kush between my jaws
Has got me feeling like I'm on top
Feeling like [?]

Give me this one shot for my pain
One drag for my sorrow
Get messed up today
I'll be okay tomorrow

One shot for my pain
One drag for my sorrow
Get messed up today
I'll be okay tomorrow

Bruno Mars - Liquor Store Blues (feat. Damian Marley) "(Şərab dükanının blyuzu") - sətri tərcümə

Şərab dükanında durmuşam, viski dərimdən içəri sızır,
Belə hissim var ki, sanki bu məhəllə mənimdir.
Loto biletləri, ucuz pivə - bax, bunlara görə məni burada görə bilərsən,
Və zirvəyə gedən yolumun qarşısını kəsə bilərsən.

Çünki işim məni heç hara aparmır,
Deməli, nəyisə itirə bilmərəm,
Heç nəyin dərdini çəkməyəcəyim yerə apar mən,
Bu mənəm və şərab dükanındakı blyuzumdur.

Ağrımı azaltmaq üçün bir qədəh içəccəyəm,
Dərdimi unutmaq üçün bir qullab alacağam,
Qoy, bu gün xeyli səhv edəcəyəm,
Sabah hər şey qaydasında olacaq.
Ağrımı azaltmaq üçün bir qədəh,
Dərdimi unutmaq üçün bir qullab,
Qoy, bu gün səhv edəcəyəm,
Sabah hər şey qaydasında olacaq.

Mən və gitaram - bu axşam şəhər işıqlarına oxuyuruq,
Getməyə, sahibl olduğumdan artığını almaq istəyərək,
Çünki cəmi 68 sentim var, icarə pulunu verməyəcəyəm,
Polisə zəng vuranadək olmayacağam.

Çünki işim məni heç hara aparmır,
Deməli, nəyisə itirə bilmərəm,
Heç nəyin dərdini çəkməyəcəyim yerə apar mən,
Bu mənəm və şərab dükanındakı blyuzumdur.

Ağrımı azaltmaq üçün bir qədəh içəcəyəm,
Dərdimi unutmaq üçün bir qullab alacağam,
Qoy, bu gün xeyli səhv edəcəyəm,
Sabah hər şey qaydasında olacaq.
Ağrımı azaltmaq üçün bir qədəh,
Dərdimi unutmaq üçün bir qullab,
Qoy, bu gün səhv edəcəyəm,
Sabah hər şey qaydasında olacaq.

Bu da Cunior Qonq, supermen təki zirvəyə uçuram,
Bütün şəhəri idarə etdiyimi düşünürəm,
Amma belə deyil, yəqin ki,
Dişlərimin arsında nəşə var, ona görə,
Buna görə də zirvədə olduğumu düşünürəm.

Polislərə cavab verə biləcəyimi hiss edirəm,
Böyük oğlanların da dərsini verərəm,
Çünki onların çoxu zəifdir.
Söhbət öz yerində, amma onlar fasiləsiz "uçur"lar.
Yetər artıq! Məşəllə uşaqları bu tələdən çıxa bilməz.

Ağrımı azaltmaq üçün bir qədəh içəcəyəm,
Dərdimi unutmaq üçün bir qullab alacağam,
Qoy, bu gün xeyli səhv edəcəyəm,
Sabah hər şey qaydasında olacaq.
Ağrımı azaltmaq üçün bir qədəh,
Dərdimi unutmaq üçün bir qullab,
Qoy, bu gün səhv edəcəyəm,
Sabah hər şey qaydasında olacaq.

Milli.Az

URL: http://www.milli.az/...ideo/56355.html
  • 0




0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users



Администрация сайта не несёт ответственности за сообщения на форуме и содержание рекламных баннеров.
Всё написанное является частным мнением независимых пользователей форума.

Copyright © 2009-2014 Disput.Az